Icma.az
close
up
RU
Qafqazda Rusiyanın qorxduğu geostrateji alyans artıq yaranır: ABŞ bu regionda Türk İttifaqına qatılır, Azərbaycanı gücləndirir

Qafqazda Rusiyanın qorxduğu geostrateji alyans artıq yaranır: ABŞ bu regionda Türk İttifaqına qatılır, Azərbaycanı gücləndirir

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Azərbaycana silah satışına dair qərarı Cənubi Qafqazda Rusiyanın təhlükəsizlik monopoliyasının sonu deməkdir... Cənubi Qafqaz artıq yeni dünya düzənində sərt geopolitik qütblərin kəsişdiyi "geostrateji düyünə" çevrilir və Azərbaycan onun mərkəzində dayanır...

Cənubi Qafqazda yeni geopolitik güc konfiqurasiyası formalaşmağa başlayıb. Belə ki, TRIPP layihəsi icrasına yönəlik atılan addımlarla yanaşı, Türkiyə-ABŞ-Azərbaycan xətti üzrə yaranmaqda olan yeni geopolitik ittifaq da bu regionun gələcək taleyini təyin edə biləcək önəmli faktora çevrilməkdədir. Və Cənubi Qafqazda geopolitik proseslərin belə istiqamətdə inkişafı Rusiyanın ənənəvi regional patronajlıq iddialarını boşa çıxara bilər.

Onu da qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp Azərbaycana ABŞ istehsalı olan hərbi məhsulların satılacağını açıqlaması Cənubi Qafqaz üçün olduqca əhəmiyyətli mərhələnin başlandığını təsdiqləyir. Eyni zamanda, ABŞ-ın vitse-prezidenti Vensin Bakı və İrəvana fevral ayı üçün planlaşdırılan səfəri də Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş ənənəvi geopolitik status-kvonun dəyişməkdə olduğunu göstərir.

Məsələ ondadır ki, bu proses yalnız Azərbaycan-ABŞ münasibətlərinin sürətlə inkişafı ilə bağlı deyil. Çünki buna paralel olaraq, ABŞ və Qərbin Rusiya ilə qlobal geostrateji qarşıdurmasının məhz Cənubi Qafqazda yeni mərhələyə keçməkdə olduğu da müşahidə edilir. Yəni, bu məsələ yalnız Azərbaycana ABŞ istehsalı olan silahların satışı, regional sülh danışıqlarının inkişaf istiqamətləri və ya geoiqtisadi layihələr üzrə anlaşmalar ilə məhdudlaşmır.

Çünki bu, Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının yenidən qurulmasına, regional geopolitik güc balansının dəyişməsinə və Rusiyanın postsovet məkanındakı təsir mexanizmlərinin mərhələli şəkildə sıradan çıxarılmasına yönəlik prosesdir. Bu baxımdan, ABŞ-nin Azərbaycana silah satışı barədə qərarı da əslində, regionda hərbi-siyasi transformasiyanın ilkin fazası hesab oluna bilər.

Düzdür, ilk baxışdan ABŞ-nin Azərbaycana zirehli vasitələr, dəniz gəmiləri və digər təhlükəsizlik məhsulları satmaq niyyəti formal olaraq, müdafiə xarakterli əməkdaşlıq kimi görünür. Ancaq əslində, bu, həm də Azərbaycan və ABŞ arasında hərbi-siyasi tərəfdaşlığın strukturlaşdırması deməkdir. Belə ki, Ağ Ev bu addımla Azərbaycanı Cənubi Qafqazda faktiki olaraq, ABŞ-ın regional təhlükəsizlik tərəfdaşı kimi tanımış olur. Bu prosesin sayəsində Azərbaycan silah tədarükündə yeni və daha önəmli idxal qaynağı qazanacaq, Qərb standartlarına uyğun hərbi əməliyyatlara uyğunlaşacaq, Rusiya mərkəzli hərbi-texniki asılılıqdan uzaqlaşacaq.

Eyni zamanda, ABŞ silahlarının Azərbaycanda peyda olması bütövlükdə Cənubi Qafqazda siyasi-psixoloji situasiyaya ciddi şəkildə təsir göstərəcək və regional təhlükəsizlik balansını yalnız texniki deyil, həm də geopolitik səviyyədə də dəyişəcək. Bütün bunları nəzərə aldıqda, TRIPP layihəsi Ağ Ev tərəfindən regional inkişaf təşəbbüsü kimi təqdim edilsə də, əslində, onun əsl mahiyyətinin daha dərin olduğunu anlamaq o qədər də çətin deyil.

Məsələ ondadır ki, bu layihə bir tərəfdən, Cənubi Qafqazda Rusiyanın nəqliyyat-kommunikasiya və logistik monopoliyasını ciddi şəkildə sarsıdacaq. Digər tərəfdən isə Orta Dəhlizi Qərbin nəzarət etdiyi alternativ marşruta çevirəcək. Üstəlik, Azərbaycanı da Avrasiya miqyasında əsas tranzit və təhlükəsizlik qovşağına yüksəldəcək. Bu baxımdan, ABŞ-nin Azərbaycana silah satmaq qərarı TRIPP və Orta Dəhlizin təhlükəsizlik təminatına yönəlik preventiv addım kimi görünür.

Digər tərəfdən, Ağ Evin Türkiyə-ABŞ-Azərbaycan üçbucağında rəsmi blok olmayan real geostrateji ittifaq yaratmaq cəhdləri də diqqətdən yayınmır. Yəni, Cənubi Qafqazda formalaşmaqda olan yeni geopolitik güc modelinin məhz Türkiyə, ABŞ və Azərbaycanı özündə birləşdirən tərkibə olacağı artıq qətiyyən şübhə doğurmur. Və bu geostrateji üçbucaq klassik müttəfiqlik modelini təkrarlamasa da, Avrasiya məkanında real geopolitik xarakterli hərbi-siyasi təsir gücünə malik olacaq.

Məsələ ondadır ki, bu yeni ittifaqda Türkiyə sahədə genişmiqyaslı hərbi gücə və əməliyyat təcrübəsinə malikdir. ABŞ qlobal hərbi-siyasi, texnoloji və bloklayıcı "təhlükəsizlik çətiri" funksiyalarını öz əlində cəmləşdirib. Azərbaycan isə həm əvəzolunmaz, həm vazkeçilməz geostrateji mövqe, enerji və logistika mərkəzi rolunu oynamaq potensialına sahibdir. Və bu baxımdan, ABŞ-ın Azərbaycana silah satışı ilə bağlı qərarı Türkiyə ilə rəqabət anlamı daşımır. Əksinə, bu, Azərbaycan-Türkiyə təhlükəsizlik tandeminin ABŞ və Qərb tərəfindən qlobal miqyasda legitimləşdirilməsi deməkdir.

Təbii ki, Cənubi Qafqazda Azərbaycan, Türkiyə və ABŞ-ın iştirakı ilə belə bir təhlükəsizlik alyansının yaradılması Rusiya üçün bu regionda geopolitik iflas anlamı daşıya bilər. Belə ki, Kreml üçün əsas təhlükə ABŞ-nin regionda olması yox, məhz Ağ Evin Türkiyə və Azərbaycan ilə ortaq şəkildə hərəkət etməsidir. Çünki belə bir geostrateji konfiqurasiya Rusiyanın regionda “vasitəçi” və “təhlükəsizlik təminatçısı” rolunu tamamilə bloklayır.

Ən önəmli məqamlardan biri odur ki, bu təhlükəsizlik üçbucağı Rusiyanın Ermənistan üzərindəki ənənəvi təsir mexanizmlərini zəiflətməklə yanaşı, Kremlin Xəzəryanı və Orta Asiya istiqamətində manevr imkanlarını da daralda bilər. Çünki Rusiya üçün ən təhlükəli ssenari NATO-nun rəsmi genişlənməsi deyil. Əksinə, Cənubi Qafqazda məhz rəsmi xarakter daşımayan, ancaq effektiv olan Qərb-Türkiyə təhlükəsizlik xəttinin yaradılmasıdır.

Digər tərəfdən, bütün bunlara paralel olaraq, ABŞ-ın Ermənistanla dinc nüvə əməkdaşlığına yönəlməsi isə rəsmi İrəvanın Rusiyadan uzaqlaşmasını da sürətləndirə bilər. Bu isə Kremlin Cənubi Qafqazda son dayaqlarından birinin də ciddi şəkildə zəifləməsi deməkdir. Cənubi Qafqazla bağlı hələ də qeyri-real geopolitik iddiaları olan İran üçün isə Türkiyə-ABŞ-Azərbaycan təhlükəsizlik üçbucağı Zəngəzur və Naxçıvan xətti üzərindən geopolitik təzyiq, Xəzəryanı və Orta Asiya bağlantılarından kənarlaşdırılma riski, eləcə də regional geostrateji mühasirə ehtimalı yaradır.

Belə anlaşılır ki, ABŞ-ın Cənubi Qafqaz istiqamətində başlatdığı geostrateji proseslərin mərkəzində məhz Azərbaycan dayanır. Çünki rəsmi Bakı Türkiyə ilə faktiki hərbi ittifaqa, ABŞ ilə genişlənən strateji tərəfdaşlığa, Rusiya ilə isə açıq qarşıdurmadan yayınan balanslı siyasətə malikdir. Və bu baxımdan, ABŞ silahlarının Azərbaycana satılması rəsmi Bakını yeni geopolitik konfiqurasiyada regional təhlükəsizliyin dizayn olunmasında mərkəzi iştirakçıya çevirir.

Göründüyü kimi, ABŞ-ın Azərbaycana silah satışına dair qərarı Cənubi Qafqazda Rusiyanın təhlükəsizlik monopoliyasının sonu deməkdir. Ağ Evin Türk İttifaqına qatılmaq niyyəti ilə Türkiyə-ABŞ-Azərbaycan üçbucağının faktiki olaraq formalaşması isə Cənubi Qafqazın qlobal güc qarşıdurmasında daha aktiv cəbhəyə çevrilməsinə yol açır. Bu baxımdan, Cənubi Qafqaz artıq yeni dünya nizamının sərt geopolitik xətlərinin kəsişdiyi "geostrateji düyünə" çevrilir. Və bu "geopolitik düyün"ün mərkəzində isə məhz Azərbaycan dayanır.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Yanvar 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri