Icma.az
close
up
RU
Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? GÜNDƏM

Qafqazda tarixi sülh: Kim uddu, kim uduzdu? GÜNDƏM

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan və Ermənistan liderlərinin 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyində imzaladıqları sülh sazişi bəyanatı bölgə ölkələrində rezonans doğurmağa davam edir. 


Sherg.az xəbər verir ki, "ntv. com. tr"-nin jurnalist Serkan Demirtaş, sülhün qalib və məğlub tərəflərini təhlil edib. Onun yazısını təqdim edirik. 

Ekspertlər və beynəlxalq münasibətlər üzrə alimlərin qiymətləndirmələrinə görə, Azərbaycan-Ermənistan-ABŞ arasında imzalanan razılaşmalardan ən çox qazanan tərəf Azərbaycan olub. ABŞ, Türkiyə və Ermənistan da qazananlar sırasında göstərilir. Rusiya və İran isə uduzan tərəflər kimi dəyərləndirilir.


Ən böyük qalib - İlham Əliyev

Vaşinqton sazişinin ən çox qazananı Azərbaycan və Prezident İlham Əliyev oldu.

ABŞ Prezidenti Trampın Əliyevə göstərdiyi isti münasibət, onu “böyük lider” adlandırması və görüşlərdə fərqli şəkildə müraciət etməsi diqqət çəkib. Bu şəxsi münasibətin Bakı-Vaşinqton əməkdaşlığına yeni təkan verəcəyi gözlənilir.


Azərbaycan üçün üç mühüm qazanılan xətt önə çıxır:

Azərbaycan-Naxçıvan fiziki bağlantısı  -  Bu əlaqə ABŞ tərəfindən qurulacaq və idarə olunacaq. Bu, Azərbaycanın Türkiyə və Orta Asiya arasında əsas tranzit ölkəyə çevrilməsi deməkdir.

ABŞ-la yeni mərhələ  - İkili münasibətlərin “strateji tərəfdaşlıq” səviyyəsinə qaldırılması üçün işlər başlayıb və 3 - 4 ay ərzində yeni sənədin imzalanması planlaşdırılır.

Müdafiə əməkdaşlığı məhdudiyyətlərinin ləğvi - ABŞ-ın 1992-ci ildən tətbiq etdiyi hərbi əməkdaşlıq qadağası Trampın imzası ilə aradan qaldırılıb. Əliyev bunu “tarixi uğur” adlandırıb.


Türkiyə də qazananlar sırasında

Vaşinqtonda imzalanan sülh və iqtisadi əməkdaşlıq sazişləri Türkiyənin maraqlarına da uyğun hesab edilir.

Qafqazda 30 ildən artıq davam edən gərginliyin aradan qaldırılması, Türkiyənin bölgədə sülh və inkişaf layihələrini reallaşdırmaq imkanı yaradır.

Ən önəmlisi, Azərbaycan-Naxçıvan bağlantısı Türkiyəyə birbaşa Orta Asiyaya çıxış verəcək.


ABŞ Qafqazda söz sahibi olur

Tramp, əldə olunan razılaşma çərçivəsində Zəngəzur dəhlizinin ABŞ sərmayəsi ilə tikilib 99 illiyinə ABŞ tərəfindən idarə ediləcəyini açıqlayıb. Bu yol “Beynəlxalq Tramp Sülh və Rifah Marşrutu” adlandırılıb.


Ermənistan sülhü təmin etdi

Paşinyan hökuməti üçün əsas qazanc  - sülhün Tramp zəmanəti ilə təmin olunmasıdır. Bu, həm ölkədə siyasi mövqeyini gücləndirir, həm də ABŞ-dan investisiyaların qarşısını açır.


Rusiya və İran -  uduzan tərəflər

Hər iki ölkə ABŞ-ın Zəngəzur dəhlizi vasitəsilə Cənubi Qafqaza daxil olmasından narazılığını bildirib.

Rusiyanın narahatlığı gömrük məkanına və sərhəd təhlükəsizliyinə təsirlə bağlıdır. İran isə dəhlizin 99 illiyinə icarəyə verilməsini sərt tənqid edib, bunu bölgədə öz tranzit roluna zərbə kimi qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Avqust 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri