Icma.az
close
up
RU
Qafqazın milli dəyəri: yaylıq

Qafqazın milli dəyəri: yaylıq

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Kəlağayı, yaylıq, yazma, ləçək, örpək, tülbənd, şal, örtük - hərəmiz bir cür deyirik, amma mahiyyətcə hamısı eynidir. Dildən dilə keçən nağılların, eşq dastanların, qoşmaların, qəzəllərin ən çox işlənən mövzusu olan bu qədim geyim aksesuarı xalq ədəbiyyatında həm sevgi, həm də ayrılıq, həm də sülh rəmzi kimi tərənnüm edilir. Elə mahnılarımız, bayatılarımız var ki, sevgiliyə yaylıq vermək könül vermək, eləsi də var ki, ayrılıq nişanəsi kimi ifadə olunur. Bu torpaqlarda kişilərin papağı onların namusu olaraq qəbul edilməsi kimi, yaylıq da məhrəm münasibətlərin simvolu hesab edilib.

Şifahi xalq ədəbiyyatında ən çox rast gəldiyimiz versiya yaylığın sevgi və könül vermək rəmzi olaraq xarakterizə edilməsidir. Bu daha çox əl yaylığı üçün xarakterik idi. İndiki nəsil çox xatırlamasa da əvvəllər qadınların və kişilərin cibində və ya çantasında olan əşyalardan biri də kiçik əl (cib) yaylığı olurdu.

Bizim torpaqlarımızda qızın oğlana yaylıq verməsi çox vaxt könül bağlılığı, məhəbbət işarəsi sayılırdı. Qızların öz yaylıqlarının kənarlarına daha çox rəngli saplarla müxtəlif motivli naxışlar işləyib sevdiklərinə verməsi milli filmlərimizdə də əks olunub. Bəzən adlarının baş hərfləri həkk olunan yaylığı qızlar sevdiyinin yanından keçəndə bilərəkdən salırdı, bu oğlana meylinin olmasını ifadə edirdi. Xalq mahnılarında və bayatılarda da bu mənzərəni təsvir edən nümunələrə tez-tez rast gəlinir. Şövkət Ələkbərova ilə Xan Şuşuniskinin o məşhur "Yaylıq" duetini xatırlayın.

Yaylığın folklorumuzda həm də ayrılıq və həsrət rəmzi kimi ifadə edildiyi məqamlar var. Səfərə çıxan, əsgər gedən sevdiyinə öz yaylığını bağışlamaq ona vida etməklə yanaşı həm də onu məhrəm hiss etdiyini və yolunu gözləyəcəyi mənasını verirdi. Yaylıq bəzən də qovuşa bilməyən sevdalıların arasındakı simvol olurdu. Ümumiyyətlə, yaylığın, örpəyin hansı an, hansı şəraitdə verilməsi də əhəmiyyət kəsb edirdi. Ona görə də xalq ədəbiyyatında yaylıq həm könül verməyin, həm də ayrılığın simvolu kimi görünür.

Bəzi mənbələrdə milli geyimin elememnti olan araqçınla bağlı da qeydlər var. Bir zamanlar qızlarımızın gündəlik baş geyimi olan araqçına bu gün milli geyim nümunələrində, xanəndələrin və rəqqasların səhnə libaslarında, milli filmlərimizdə tez-tez rast gəlirik.Üzəri zərif saplarla və dəmir pullarla işlənmiş araqçını qızlar yaylığın və ya kəlağayının altından geyinər, mahiyyətcə örpəklə eyni mənanı daşıyardı. Araqçın qadın zərafətinin əhəmiyyətli detalı sayılırdı.

Araqçın həm subay qızlar, həm də evli qadınlar tərəfindən geyinilirdi, amma istifadə forması fərqli idi. Subay qızlarda araqçın çox vaxt başda ayrıca istifadə edilirdi, üzəri muncuq, tikmə, qızılı saplarla bəzədilirdi, iki yandan hörükləri görünürdü. Bu baş örtüsü ilə yanaşı həm də milli bəzək nümunəsi idi. Evli qadınlarda adətən araqçın baş örtüyünün (kəlağayı, örpək) altında olurdu, çox allı-pullu, bəzəkli olmazdı və üstündən mütləq örtük salınırdı.

Araqçın həm də milli kişi geyiminin, xüsusilə subay oğlanların geyiminin predmetidir. Kişilərin papaq qədər dəyər verdiyi baş geyimi olan araqçının birinə bağışlanması mahiyyət etibarilə qadının sevgilisinə verdiyi yaylıq mənasını verirdi. Gənc oğlanlar öz araqçınını sevdiyinə bağışlayırdısa bu, "məni gözlə" mənasını verirdi. Sevdiyi oğlandan araqçın alan qız adaxlı sayılırdı, araqçın onların sevgisinin rəmzi hesab olunurdu.

Qədimdən bəri əməl edilən adətlərimizdən biri də nişan aparılan qızın çiyninə qırmızı örpək örtülməsidir. Bu adətə bəzi bölgələrdə "bəlgə" də deyiblər. Hələ nişan üzüyü ənənəsi formalaşmış zamanlarda elçiliyində çiyninə qırmızı şal salınan qız artıq nişanlı sayılırdı. İllərin sınağından keçən bu ənənə bu gün də var, elçilik zamanı barmağına üzük taxılan qızın həm də çiyninə al-qırmızı şal salınır. bu, həm gözəllik, həm də simvolik anlam daşıyır. Al-qırmızı rəng sevgi, eşq və xoşbəxtlik rəmzidir, elçiliyi olan qızın çiyinə bu rəngdə şal-örpək salınması isə qızın gələcəyinin də o şalın rənginin mənası qədər gözəl olmasının diləyidir.

Maraqlıdır ki, tariximizdə, folklorumuzda qadın örpəyi ilə bağlı bir vacib məqam da var - örpək bəzən də qan düşməsinə qarşı qalxan rolunu da oynayırdı. Qafqazda qadının örpəyini yerə atması və ya münaqişəli iki tərəfin arasına atması qan davasını dayandırmaq üçün ən güclü müdaxilə üsulu sayılıb. Bu hərəkət yazılmamış qanun, hakimi olmayan hökm demək idi. Əslində hakimi bəlli idi: örpəyini yerə atan qadın.

Böyük mübahisələrdə, qan davalarında tərəfləri sakitləşdimək üçün münaqişəli tərəflərin birindən bir qadın örpəyini çıxarıb ortalığa atardı və bununla da hər iki tərəf münaqişədən çəkinərdi, qan salmaz, can almazdı. Bu, qadına, onun ismətinin rəmzi olan örpəyə olan hörmət idi. Qafqaz xalqlarının əksəriyyətinin adətinə görə yerə atılan örpəyin üstündən keçmək və ya onun olduğu yerdə döyüşmək kişilər üçün böyük ayıb sayılırdı. Tarix, bir qadın örpəyi ilə dayandırılan çox qan davasına şahidlik edib.

Rus etnoqrafı Maksim Kovalevski Qafqaz xalqlarının adət-ənənələrini təsvir edərkən yazır ki, qan davası zamanı qadının müdaxiləsi çox vaxt döyüşün taleyində həlledici rol oynayırdı. Qadının ortaya çıxması və ya baş örtüyünü tərəflərin ayağının altına atması münaqişəli tərəflər üçün “toxunulmazlıq və sülh çağırışı” kimi qəbul olunurdu.

Qafqazda münaqişələr, qadınların sülh prosesində rolu və regionun siyasi tarixi haqqında silsilə yazıları olan abxaziyalı tarixçi, jurnalist və siyasətçi Natella Akaba “Caucasus Women and Conflict Prevention” (“Qafqaz Qadınları və Münaqişələrin Qarşısının Alınması”) məqaləsində yazırdı ki, Qafqazda qadınlar çox vaxt qan davalarını dayandırmaq üçün vasitəçi rolunu oynayırlar. Tarixçi yazır: "Ən məşhur jestlərdən biri belə idi: qadın irəli çıxar, baş örtüyünü çıxarıb bir-biri ilə dava edənlərin qarşısına atardı. Qadının bu jesti düşmənçiliyi dayandırmaq tələbini və istəyini bildirirdi". Eyni mənbədə qeyd olunur ki, bu adət xüsusilə Dağıstan, Abxaziya, Qaraçay-Balkar və digər Qafqaz xalqları arasında mövcud idi və qadının baş örtüyü şərəf və sülh rəmzi sayılırdı.

Ümumiyyətlə, Azərbaycan klassik və aşıq poeziyasında yaylıq, örpək və kəlağayı motivi çox işlənən obrazdır. Bu obrazı müəllif əsasən sevgi, naz, ayrılıq və yadigar mənalarında ifadə edib. Xüsusilə Aşıq Ələsgərin yaradıcılığında yaylıq sevgi və ayrılıq rəmzi olaraq fərqli mənalarda istifadə edilib. Aşıq Ələsgərin qoşmalarında sevgilinin yaylığı tez-tez yadigar kimi xatırlanır. Molla Pənah Vaqif şeirlərində də sevgilinin baş örtüyü və yaylıq obrazı gözəllik təsvirində işlənir, Xurşidbanu Natəvanın lirikasında baş örtüyü qadın zərifliyinin elementi kimi təsvir olunur.

Bizim qadınlar hicab bağlamayıb, niqab geyinməyib, amma hər zaman çiyinlərində, saçlarında milli geyimin vacib detalı olan örpək olub. At belində əri ilə birlikdə döyüşən qaçaq qadınlarının da, evində təndirə çörək yapan kəndli qadının da, ərinin əcnəbi qonaqlarını qəbul edən xan, bəy arvadlarının da hər zaman başında örpəyi olub. Örpək saçları gizlətmək üçün deyildi, zərafətin, milliliyin ifadə edilməsi idi.

Ümumiyyətlə isə, yaylığın, örpəyin bu qədər çox mənasının olmasının kökündə Azərbaycan mədəniyyətindəki kəlağayı ənənəsi dayanır. Kəlağayı yalnız geyim deyil, həm də hörmət, sevgi, yadigar, ənənə, tarix, ismət, ləyaqət idi. Tarixən bu torpaqlarda qadının baş geyimi - araqçın, yaylıq, örpək, kəlağayı - adı hər nə olursa olsun, ismət, gözəllik, sədaqət və nəciblik rəmzi olub. Xüsusilə kəlağayı eyni zamanda milli kimliyi və zərifliyi təcəssüm etdirir. O, şifahi xalq ədəbiyyatında, bayatılarda sevgilinin nişanəsi, şeir və dastanlarda isə qadın gözəlliyinin tamamlayıcısı kimi təsvir olunur. Kəlağayı dəyərdir, yaylıq ismətdir, örpək ləyaqətdir. Qadının başını bəzəyən, adını uca tutan da məhz bu xüsusiyyətləri idi.

Lalə Mehralı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri