Qalatasaray da casus qalmaqalı: Bazaya giriş qadağan edildi
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Superliqasında çempionluq yarışının həlledici mərhələsində "Qalatasaray"da diqqətçəkən qadağa qüvvəyə minib.
"Cebheinfo.az"Türkiyə mətbuatına istinadən məlumatına görə, bundan sonra komandanın təlim-məşq toplanışlarını keçirdiyi "Kəmərburqaz" bazasına kənar şəxslərin (eləcə də qonaqların - red.) buraxılmasına qəti şəkildə icazə verilməyəcək.
İddialara əsasən, bu sərt qərar birbaşa baş məşqçi Okan Burukun tələbi ilə qəbul edilib.
Xatırladaq ki, təcrübəli mütəxəssis "Göztəpə" ilə qarşılaşmadan sonra start heyətinin gizli yollarla mətbuata sızdırılmasından ciddi şəkildə narahatlığını ifadə etmişdi.
Eyni zamanda, klub rəhbərliyi həlledici oyunlar ərəfəsində futbolçuların motivasiyasını üst səviyyəyə qaldırmaq üçün hərəkətə keçib. Belə ki, cari mövsüm üçün vəd edilən bütün mükafatların yaxın vaxtlarda oyunçuların hesabına köçürüləcəyi rəsmən açıqlanıb.
Qeyd edək ki, hazırda "Qalatasaray" 68 xalla Türkiyə Superliqasının vahid lideridir. "Sarı-qırmızılar"ın ən yaxın izləyiciləri isə 66 xalla "Fənərbağça" və 64 xala malik "Trabzonspor" klublarıdır.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 15 Aprel 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















