Qalatasaray Fənərbaxçanın istədiyi futbolçu üçün hərəkətə keçdi
Icma.az, Sportal.az portalına istinadən məlumat verir.
"Aston Villa"nın müdafiəçisi Dieqo Karlos karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" braziliyalı futbolçunu heyətinə qatmaq istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İstanbul klubu Karlos üçün "Aston Villa" ilə danışıqlara başlayıb. Premyer Liqa klubu futbolçunu satmağın əleyhinə deyil.
Bir neçə gün öncə "Fənərbaxça" da Dieqo Karlos üçün "Aston Villa"ya təklif göndərmişdi. Lakin tərəflər maddi məsələlərdə anlaşa bilməyib.
Qeyd edək ki, "Aston Villa" Dieqo Karlosu 2022-ci ilin yayında "Sevilya"dan transfer edib. Braziliya millisinə də dəvət almış 31 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 17 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
Baxış sayı:167
Bu xəbər 15 Yanvar 2025 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















