Icma.az
close
up
RU
Qalatasaray ın bu qədər qol buraxması nə ilə bağlıdı?

Qalatasaray ın bu qədər qol buraxması nə ilə bağlıdı?

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

''Qalatasaray'' bu mövsüm bir tərəfdən həm superliqa, həm də Avropa Liqasında məğlubiyyətsiz şəkildə yoluna davam edirsə, digər tərəfdən komandanın çox qol buraxması birmənalı qarşılanmır.

''Football-plus.az'' xəbər verir ki, ən son Kiyev ''Dinamo''su ilə oyunda buraxılan 3 qol və Fernando Musleranın fitə basılması bu məsələni yenidən aktuallaşdırdı. Türkiyə çempionu son 11 rəsmi oyununu heç birində qapısını toxunulmaz saxlaya bilməyib! Okan Buruk bəzən 3, bəzən də 4 müdafiəçili sistemə üstünlük verir. Amma bunun bir fərqi olmur. Komanda qollar buraxmaqda davam edir. ''Cim-Bom'' bu mövsüm 30 rəsmi oyunda 47 qol buraxıb və bunların cəmi 4-də qapısını toxunulmaz saxlayıb.
Bəs görəsən bu problem hardan qaynaqlanır? Həmişəki səviyyəsindən zəif çıxış edən Musleradı, yoxsa, müdafiəçilər?
Problem Musleradan qaynaqlanırsa, məntiqlə onun olmadığı oyunlarda komanda qol buraxmamalıdı. Amma reallıqda heç də belə deyil. 30 oyunun 4-də digər qapıçı Günay Güvənç start heyətində meydana çıxıb və o da heç bir qarşılaşmada qapısını toxunulmaz saxlaya bilməyərək ümumilikdə 8 top buraxıb. Əksinə İstanbul nəhənginin bu mövsüm qol buraxmadığı 4 oyunun hər birində qapıda Muslera dayanıb. Yəni problemin kökü Musleradan qaynaqlanmır.
Əsas məsələ ''Qalatasaray''ın bu mövsüm komanda şəklində yaxşı müdafiə olunmaması və müdafiənin mərkəzində Abdülkadir Bardakcı ilə Devinson Sançesin üzərinə həddən artıq çox yük düşməsidi. Çünki digər müdafiəçilər ortalıqda yoxdu. Viktor Nelsson az qala şans qazandığı hər oyunda kobud səhvlərə yol verərək qolların buraxılmasına səbəb olur. Digər müdafiəçi Metehan Baltacı isə istedadlı olsa da, hələ ki, yetərli təcrübəyə malik olmadığından hər an səhvə yol vermək ''potensialına'' malikdi. Ona görə də ''sarı-qırmızılar'' transfer dönəmində ilk növbədə müdafiəni gücləndirməlidi.
Maraqlıdı ki, Milan Şkrinyar kimi təcrübəli müdafiəçi son anda əldən çıxdı. Özü də o, əzəli rəqib ''Fənərbaxça''ya keçməyə üstünlük verdi.
ƏLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Yanvar 2025 19:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri