Icma.az
close
up
RU
Qalatasaray ın sabiq ulduzu qarşıdan gələn derbi və Kərəm Aktürkoğlu haqda nələr dedi?

Qalatasaray ın sabiq ulduzu qarşıdan gələn derbi və Kərəm Aktürkoğlu haqda nələr dedi?

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Hazırda ''Sevilya''nın şərəfini qoruyan ''Qalatasaray''ın sabiq üzvü Markao Türkiyə kontingentində yeni fəaliyyətə başlayan ''Sportcell'' adlı ''yutub'' səhifəsinə maraqlı acıqlamalar verib.
29 yaşlı braziliyalı müdafiəçi İstanbul nəhəngində 2019-22-ci illərdə çıxış edib və 1 çempionluq olmaqla 3 titul qazanıb. Bir matçın gedişində o dönəmdə komanda yoldaşı olan Kərəm Aktürkoğluya atdığı yumruq ilə uzun müddət gündəmi zəbt edən Markao 2022-nin yayında Okan Burukun təyinatından bir qədər sonra 15 milyon avroya ''Sevilya''ya yollandı. İspaniyada ilk illərdə zədələrlə boğuşan bu futbolçu 3 il ərzində cəmi 46 rəsmi oyuna çıxa bilib.
Markao bunları deyib:

''İspaniyada ilk dönəmlər mənim üçün çətin keçdi. Çox ağır bir zədə aldım. Amma bunlar futbolun bir parçasıdı. Hazırda hər şeydən məmnunam. Ailəm də burda xoşbəxtdi. ''Qalatasaray''da duyğularla dolu olan 3-4 il keçirdim. Orda yeni səviyyəyə yüksəldim. ''İmperator''umuz Fatih Terimin mənə çox köməyi dəydi. Məni böyük futbolçuya çevirdi. Təbii ki, ayrıldığım vaxtdan bu yana ''Qalatasaray''ı təqib edirəm. Gördüklərimə əsasən deyə bilərəm ki, komandanın işləri qaydasındadı. Bu da məni sevindirir. Ümid edirəm ki, bu il də çempion olacaqlar. ''Fənərbaxça'' ilə derbilər çox böyük və fərqli matçlardı. İnanıram ki, qarşıdakı derbidə sevinən ''Qalatasaray'' olacaq. Kərəm Aktürkoğlu üçün ən yaxşısını arzu edirəm. Düzdü, onun etdiyi şeyi mən edə bilməzdim. Amma yenə oyunundan zövq almasını arzulayıram. ''Qalatasaray''da dəyər verdiyim komanda yoldaşlarımdan biri idi. Mənə çox köməyi dəymişdi. Təbii ki, prinsipial rəqibimizə uğurlar arzulaya bilmərəm, amma Kərəm üçün ən yaxşısını arzu edirəm. Türkiyədən ayrılmadan öncə Okan Buruk ilə görüşüm oldu. Fərqli bir macəra və karyeramda yeni səhifə açmaq istədiyimi dedim. Məndən bir qədər də qalmağımı istədi. Bir neçə gün sonra ''Qalatasaray'' Avstriyaya toplanışa getdi. Mən isə transferi tamamlamaq üçün İstanbulda qaldım. Açığı, ''Qalatasaray'' fanatları önündə sonuncu bir matça çıxıb onlarla vidalaşmaq istərdim''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:32
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Noyabr 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri