Qalina Mehdiyevanın təsis etdiyi şirkət hələ də vergi borcunu ödəməyib
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vaxtı ilə Azərbaycanın ən böyük şərab istehsalçılarından biri olan “Fireland Vineyards” MMC-nin (VÖEN – 1301263921) dövlət büdcəsinə 25 min 830 manat 90 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir ki, “Fireland Vineyards” MMC xammal kimi əsasən Novxanı qəsəbəsində “Duzlu göl” adlandırılan ərazinin yaxınlığında yetişdirilən üzümdən istifadə edib.
“Fireland Vineyards” MMC-nin Novxanıda A. Şıxlinski küçəsində “Marandi Wine Company” adlandırılan şərab zavodu da fəaliyyət göstərib.
Qeyd edək ki, şirkətin təsisçiləri arasında Prezident Aparatının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti, dövlət çevrilişinə cəhddə ittiham olunan Ramiz Mehdiyevin həyat yoldaşı, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Mehdiyeva Qalina Yuriyevna da olub. Əvvəlki illərdə şirkətin vergi borcu faha yüksək olub. Hətta 2021-ci ildə şirkətin vergi borcu yarım milyon manata kimi yüksəlib.
2021-ci ildə “Fireland Vineyards” MMC-yə rəhbərlik edən Səidov Elmar Çingiz oğlu Mehdiyeva Qalina Yuriyevna barəsində məhkəmə iddiası da qaldırıb. Hüquqi ünvanı Yasamal rayonu, Həsənbəy Zərdabi pr., ev 77, m. 40-da yerləşən “Fireland Vineyards” MMC-nin hazırda qanuni təmsilçisi yoxdur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qalina Mehdiyevanın işdən çıxarılması xəbəri doğru deyil Fotofakt
03 Noyabr 2025 11:00
Məşhur klinika vergi borcunu vaxtında ödəməyib
08 Aprel 2026 17:30
BDU rektoru ilə Qalina Mehdiyevanın FOTOSU yayıldı niyə indi?
28 Oktyabr 2025 10:27
Qalina Mehdiyevanın “sağ əli” Mehriban İmanova da yola salınır
16 Oktyabr 2025 20:22
Adana Dəmirspor Şahruddin Məhəmmədəliyevə borcunu hələ də ödəməyib
05 Fevral 2026 16:10
Baxış sayı:160
Bu xəbər 08 İyul 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















