Icma.az
close
up
RU
Qalmaqal və nəticələri: Yaxud Trampın siyasətə biznes yanaşması

Qalmaqal və nəticələri: Yaxud Trampın siyasətə biznes yanaşması

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ağ Evdə ABŞ və Ukrayna arasında faydalı qazıntılarla bağlı aparılan danışıqlar fonunda baş verən qalmaqaldan sonra Prezident Donald Tramp təzyiq və provokasiya yolu ilə məqsədinə necə nail ola biləcəyini bir daha nümayiş etdirdi.

Cəmi bir həftə əvvəl Ukrayna yalnız iqtisadi deyil, həm də təhlükəsizlik sahəsində yüksək tələblər irəli sürürdü. Lakin Trampın yaratdığı böhrandan sonra vəziyyət kəskin şəkildə dəyişdi: Ukrayna artıq heç bir əlavə şərt olmadan müqavilə imzalamağa hazırdır və faktiki olaraq ölkənin təbii sərvətlərini ABŞ-yə güzəştə gedir.

Bu güzəştin təkcə Prezident Volodimir Zelenskinin deyil, həm də Avropa liderlərinin qərarı olduğu açıq görünür. İki gün əvvəl Londonda toplaşan Avropa liderləri ABŞ-nin dəstəyi olmadan davam etməyin mümkünsüz olduğunu anlayaraq, Zelenskidən Tramp qarşısında geri addım atmasını tələb etdilər. Nəticədə, Ukrayna lideri üzr istədi və hər cür güzəştə getməyə hazır olduğunu bildirdi.

Beləliklə, Ukraynanın faydalı qazıntılarla bağlı bütün iqtisadi infrastrukturu ABŞ-nin nəzarətinə keçir. Ukraynanın silahlanması ilə bağlı məsuliyyət isə Avropa İttifaqının üzərinə düşür. ABŞ Avropa ölkələrinə bu məqsədlə kreditlər və maliyyə dəstəyi təqdim edəcək. Bu, biznesin siyasətdə necə işlədiyini açıq şəkildə göstərir: minimum xərclə maksimum qazanc.

Siyasi kapital: Konqresdə çıxış

Tramp bu uğurdan ölkə daxilində mövqeyini gücləndirmək üçün də istifadə edir. "Amerika arzusunun dirçəlişi" adlı Konqres çıxışında o, aşağıdakı məqamları vurğulamağı planlaşdırır:

* İkinci prezidentlik dövrünün nailiyyətləri – həm daxili, həm də xarici siyasətdə əldə edilən uğurlar;
* İqtisadi göstəricilər – ÜDM-in artımı, işsizliyin azalması, investisiyaların cəlb edilməsi;
* Təhlükəsizlik məsələləri – sərhədlərin qorunması və deportasiya proqramları üçün əlavə maliyyələşmənin zəruriliyi;
* Sülh planları – Ukrayna müharibəsinin başa çatdırılması və Qəzzada israilli girovların azad edilməsi.

Əvvəlcə bu mövzular geniş bir sahəni əhatə etsə də, onların hamısı eyni məqsədə – ABŞ-nin daxili maraqlarına xidmət edir. Əslində, Trampın xarici siyasəti daxili problemlərin həllinə və onun hakimiyyətinin möhkəmləndirilməsinə yönəlmiş bir vasitədir.

Sərhəd nəzarəti və deportasiyalar: Respublikaçılar Partiyasının əsas prioritetlərindən biri olan sərt miqrasiya siyasətinin davam etdiriləcəyi Trampın seçicilərinə bir mesajdır. 

İqtisadi nailiyyətlər – ÜDM-in və məşğulluğun artımına vurğu edərək, o, orta təbəqənin və biznes dairələrinin dəstəyini möhkəmləndirmək istəyir. 

Ukraynada və Yaxın Şərqdə sülh - bu, təkcə diplomatik təşəbbüs deyil, həm də respublikaçıların beynəlxalq məsələlərə yanaşmasının effektivliyini nümayiş etdirmək üçün bir cəhddir. 

Beləliklə, Tramp bu addımlarla partiyasının seçkilərdə mövqeyini gücləndirməyə çalışır.

Trampın xarici siyasəti və ABŞ-nin maraqları

Trampın bütün xarici siyasət fəaliyyəti ABŞ-nin daxili siyasi və iqtisadi maraqlarını qorumağa yönəlib. Bu yanaşma, həmçinin Respublikaçılar Partiyasının arxasında duran iri maliyyə qruplarına sərfəlidir. Ukraynanın resursları üzərində nəzarət və Avropa İttifaqı vasitəsilə silah ixracının artırılması ABŞ hərbi-sənaye kompleksinin maraqlarına tam uyğundur.

Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Livittin sözlərinə görə, Prezident Tramp cəmi bir ay ərzində istənilən digər prezidentin dörd ildə əldə etdiyindən daha çoxuna nail oldu: “Amerika arzusunun dirçəlişi sürətlə davam edir”. Lakin bu "dirçəliş", əsasən, daxili auditoriyaya yönəlib. Trampın xarici siyasət addımları isə, əslində, onun şəxsi hakimiyyətini və Respublikaçılar Partiyasının mövqelərini gücləndirmək üçün bir vasitədir.

Nəticə: Yeni dövr – siyasi biznes

Trampın fikirlərində göstərdiyi əsas məqam odur ki, böyük maliyyə yatırımları və hərbi müdaxilə olmadan bir ölkənin tam nəzarət altına alınması mümkündür. Onun addımları siyasət və biznesin getdikcə daha sıx şəkildə bir-biri ilə əlaqəsini təsdiqləyir. Bu yanaşma qlobal siyasətdə yeni bir tendensiyaya çevrilə bilər. Bundan sonra dövlət liderləri ənənəvi diplomatik vasitələrdən çox, sərt danışıqlar və strateji iqtisadi sövdələşmələr yolu ilə məqsədlərinə çatmağa çalışacaqlar.

İndi isə əsas sual budur: Bu modelin uzunmüddətli perspektivdə dünya sabitliyinə hansı nəticələri olacaq? 

Yuri Boçarov, israilli politoloq, siyasi elmlər namizədi, “Aziznews.com” saytının redaktoru
Tərcümə edən:

Səbinə Uğur

"Cebheinfo.az" 

Açar sözlər: qalmaqal Ağ ev ABŞ Ukrayna Tramp Yuri Boçarov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Mart 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri