Icma.az
close
up
RU
Qalmaqallı məsələ haqda qərar: Miras necə bölüşdürüləcək?

Qalmaqallı məsələ haqda qərar: Miras necə bölüşdürüləcək?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

“Azərbaycan Prezidenti Torpaq, Mülki Prosessual, Mülki məcəllələrində, “Notariat haqqında” və “İcra haqqında” qanunlarında dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Yeni dəyişikliklər ilə son illər daha çox müşahidə edilən miras ilə bağlı mülki mübahisələrin və eləcə də məhkəmə işlərinin kəskin azalacağı gözlənilir”.

Turkustan.az xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov deyib.

O bildirib ki, son illər dünyasını dəyişmiş şəxsən övladları arasında bir sıra hallarda mirasa, yəni əmlaka və sərvətə sahib olmaq ilə bağlı mübahisələrin sayında artımlar müşahidə olunurdu:

“Bəzən, bu mübahisələr övladlar arasında nəsil çəkişmələrinə belə yol açırdı. Sözügedən bütün qanunverici aktlarda edilən dəyişikliklərə əsasən mirasdan imtina vərəslərinin mirası qəbul etmədiyi halda deyil, bütün vərəsələrin mirasdan imtina etdiyi halda rəsmilləşəcək. Yəni, vərəsələrdən hər hansı birinin miras ilə bağlı iddia irəli sürməməsi heç də onun mirasdan imtinası anlamına gəlməyəcək. Dəyişikliklər birmənalı şəkildə mirasın qəbulu mexanizminin təkmilləşdirilməsinə xidmət edəcək. Belə ki, əvvəllər mirasın qəbulu ilə qanunvericilikdə olan bir sıra ziddiyyətlər son illər varislər arasında bir sıra mülki mübahisələrin yaranmasına səbəb olub. Yeni dəyişikliklər bu problemləri aradan qaldıracaq. Belə ki, əvvəllər miras ilə bağlı vərəsənin susması, yəni mirası qəbul və ya imtina etməməsi, onun mirasdan imtina etdiyinə ehtimallar yaradırdı və bu da daha sonradan mübahisələrə səbəb olurdu. Azərbaycan Prezidentinin təsdiq etdiyi son dəyişikliklər mülkiyyət hüququnun konstitutsion təminatının möhkəmləndirilməsi və mirasın qəbulu institutunun tələblərinin daha da təkmilləşdirilməsi və dəqiqləşdirilməsinə xidmət edir”.

Deputat bildirib ki, əvvəlki qanunvericiliyə əsasən, vərəsələrin heç biri mirası qəbul etmədiyi halda əmlak xəzinəyə keçirilirdi:

“Təsdiq olunan dəyişikliklərə əsasən isə bütün vərəsələr mirasdan imtina etdiyi halda bu baş verir. Daha sadə dildə izah etsək, dünyasını dəyişən şəxsən mirasına fərqli səbəblərdən vərəsələrdən heç biri iddia etmədikdə bu mirasdan imtina kimi izah olunurdu. Yeni qaydalara isə, yalnız vərəsələrin mirasdan imtina etdiyi halda bu reallaşır. Eyni zamanda, mirasın qəbulundan imtina etmədikdə miras vərəs tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasdan imtina üçün müəyyənləşdirilmiş zaman bitənədək notarius tərəfindən mirasın siyahıya alınması tələb edə bilər. Müraciət daxil olduğu gündən 2 ay müddətində miras siyahıya alınır.

Miras açıldıqdan sonra vərəsənin dünyasını dəyişməsi və onun vərəsəsinin ilkin miras qoyandan pay almaq hüququnun qanunvericilik bazası da təkmilləşir və mirasın qəbulu müddətləri ilə məhdudlaşdırılmır. Belə ki, mirasın siyahıya alınması üçün nəzərdə tutulan müddətin mirasdan imtina müddəti ilə məhdudlaşdırılır və daha əlverişli qaydalar müəyyənləşdirilir. Dəyişikliklərə əsasən, ölmüş vərəsənin varisinin mirasdan imtina üçün müəyyənləşdirilmiş müddət 3 aydan az olarsa həmin müddət 3 ayadək uzadılır”.

V.Bayramovun sözlərinə görə, vacib dəyişikliklərdən biri də vərəsələrin kreditorlar qarşısında öhdəlikləri ilə bağlıdır:

“Yəni, dünyanı dəyişən şəxsin kredit borcları ilə bağlı öhdəlikləri də aydın şəkildə bölüşdürülür. Belə ki, yeni dəyişikliklərə əsasən mirasın siyahısı notarus tərəfindən təsdiq edildikdə vərəsələr miras qoyanın kreditorlar qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. Miras şəriklərinə vərəsəlik şəhadətnaməsinin verilməsi mexanizmləri də təkmilləşdirilib. Belə ki, notarus vərəsəlik şəhadətnaməsinin əldə edilməsi üçün vərəsəyə şəhadətnamə verərkən vərəsə olan, lakin şəhadətnamə almaq üçün müraciət etməmiş digər vərəsələrinin də payı ilə bağlı məlumatları həmin sənəddə qeyd edir. Bu vərəsədən imtina etməyən amma şəhadətnamə almaq üçün müraciət etməyən vərəsələrin hüquqlarının qorunması baxımdan olduqca vacib dəyişiklikdir. Bütövlükdə, yeni dəyişikliklərin mirasa sahiblikdə vərəsələrin hüquqlarının yaxından qoruyacağına və mülki mübahisələrin sayının azaldacağına xidmət edəcəyi gözlənilir”./globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 İyul 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri