Icma.az
close
up
RU
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol

Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

“Qərənfil - şəhid qanı...”.

Şair ürəyindən qopan bu misralar elə bil o qanlı gecənin boyuna biçilmişdi. Yollar, səkilər, şəhid qanı axan bütün küçə və prospektlər qırmızı qərənfillərə bürünmüşdü. Azərbaycan paytaxtı özünün ilk azadlıq mücahidlərinə, müstəqillik yolunun ilk şəhidlərinə, qan dənizində üzən azadlıq şəhərinə qərənfillərlə yas saxlayırdı...

O gündən, o gecədən qərənfil matəm çiçəyi, yas məclislərinin yaraşığı oldu.

Yanvarın 22-də Dağüstü parkda keçirilən möhtəşəm və izdihamlı matəm mərasimində də tabutların, şəhid məzarlarının üstü başdan-başa qırmızı qərənfillərlə dolu idi. Bakının ən hündür nöqtəsi - onların uyuduğu torpaq müqəddəs Şəhidlər xiyabanına, xalqımızın ən müqəddəs ziyarətgahına, and yerinə çevrildi. İndi sevənlər, ailə həyatı quranlar, fotosessiya edənlər də bu müqəddəs məkana üz tuturlar.

Bu gün 20 yanvar şəhidlərinin növbəti ildönümü günü xiyaban yenə də qərənfil yağışına qərq olub. Hər kəs əlində, qucağında, yaxasında qırmızı qərənfil müqəddəs dərgahda öz canını xalqımızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda qurban verənlərin son mənzilinə tələsir.

Hər şəhidə bir düzüm,

Abşeron - qan dənizim.

Sən - mənim ağlar gözüm,

Ağla, qərənfil, ağla!

Bu gün xiyabanı qırmızı rəngə boyayan qərənfillər təkcə hüzn, faciə və kədər ifadə etmir, hamının dərdinə şərik olmaqla yanaşı, həm də birlik, həmrəylik, müqəddəs amallar uğrunda mübarizəni ifadə edir. Məhz həmin birlik, həmrəylik və mübarizə ilə şəhid arzuları çiçək açıb, Azərbaycan o vaxt qanlı şənbə gecəsinin günahsız qurbanlarının xəyallarına gəlməyəcək dərəcədə böyük xoşbəxtliyə qovuşub: müstəqildir, başı üstündə üçrəngli bayraq dalğalanır, ərazi bütövlüyünə və suverenliyə nail olub, qalib ölkədir. Bu yolun başlanğıcı isə küçələri şəhid qanına, şəhid qanının isə qırmızı qərənfillərə büründüyü qanlı gecədən başlayır...(AZƏRTAC)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Yanvar 2026 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri