Icma.az
close
up
RU
Qanlı qarşıdurma: rusların üç variantı var

Qanlı qarşıdurma: rusların üç variantı var

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Rusiya-Ukrayna müharibəsi öz şiddəti ilə davam edir. Rusların Velikaya Novoselkanı ələ keçirdikdən sonra daha da irəliləmək üçün bir neçə variantı var.
Reyting.az
xəbər verir ki, bu barədə Amerika Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, Velikaya Novoselka bir neçə çayın yaxınlığında yerləşir və bu, çox güman ki, Rusiyanın bu sahədə gələcək taktiki irəliləyişini çətinləşdirəcək və mane olacaq. Taktiki relyefin xüsusiyyətləri, çox güman ki, Rusiya qüvvələrinin Velikaya Novoselkanın ələ keçirilməsindən sonra qərb istiqamətində uğurlar əldə etmək imkanlarını çətinləşdirəcək.
Eyni zamanda, ISW qeyd edir ki, rusların ərazini ələ keçirdikdən sonra necə hərəkət edə biləcəyi ilə bağlı bir neçə variant var.
Birinci variant: Rusiya hərbi komandanlığı Donetsk vilayətinin qərb hissəsində bölmələrin saxlanılması, Donetsk və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədi istiqamətində hücumun davam etdirilməsi barədə qərar qəbul edə bilər. Bu qərar o demək olardı ki, Rusiya ordusu Donetsk vilayətində və ya digər cəbhə bölgələrindəki digər hücum istiqamətləri ilə müqayisədə inzibati sərhədə doğru mümkün qədər tez irəliləməyə üstünlük verir.
İkinci variant: Rusiya hərbi komandanlığı həmçinin məhdud hücumları davam etdirmək və Ukrayna qüvvələrini həmin ərazidə bağlamaq üçün Velikaya Novoselka bölgəsində bəzi qüvvələri saxlaya, lakin onların əksəriyyətini başqa cəbhə bölgəsinə yerləşdirə bilər. Rusiya qoşunları hazırda Kupyansk, Borovoe, Çasovoyarsk, Toretsk və Pokrovsk istiqamətlərində hücum əməliyyatlarını gücləndirir və Kuraxovski istiqamətində və Kursk vilayətində Ukrayna çıxıntılarının qalıqlarının aradan qaldırılması üzrə işləri davam etdirir.
Üçüncü varint: Ukrayna rəsmiləri də bu yaxınlarda xəbərdarlıq etmişdilər ki, rus qoşunları 2025-ci ildə Zaporojya bölgəsində də intensiv döyüşləri bərpa edə bilər. Beləliklə, Rusiya hərbi komandanlığı qoşunları bu istiqamətlərdən hər hansı birinə yerləşdirə bilər və bu, 2025-ci ilin yaz və yayında Rusiya hərbi komandanlığının prioritet fəaliyyət istiqamətlərinin göstəricisinə çevriləcək.
ELÇİN

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Yanvar 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri