Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Qanun gəldi, amma gizli evliliklər arta bilər RƏYLƏR

Qanun gəldi, amma gizli evliliklər arta bilər RƏYLƏR

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vaqif Qarayev: “Qohum nikahları uşaq ölümü və irsi xəstəliklərin səbəbidir”


Lalə Mehralı: “Media və həkimlərin səyi qohum evliliklərinə qadağa gətirdi”


Aqşin Yenisey: “Sevgi əvəzinə karyera hədəfi, qohum evlilikləri isə yarıxoşbəxt həyatdır”


Mehriban Zeynalova: “Qanun qəbul edildi, indi əhalini maarifləndirmə vaxtıdır”


Qohum evliliklərinə qadağa rəsmən qüvvəyə mindi. Ailə Məcəlləsinə təsdiqlənmiş dəyişikliklə nikahın bağlanmasına mane olan halların sayı iyulun 1-dən artırılır. Ailə Məcəlləsinə əlavə edilən hallara qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları, bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu evliliklərinin qadağan edilməsi daxildir.

Bu məsələ ötən il Milli Məclisdə geniş müzakirə edildi, nəticədə qohum evliliklərinə qadağanın 1 il sonra qüvvəyə minəcəyi qərarlaşdırıldı. Qeyd edək ki, qohum evliliklərinin qadağan olunmasına müsbət yanaşanlar çoxluq təşkil edir. Əsas kimi də qohum evliliklərindən doğulan körpələrin xəstə olması göstərilir. Bununla belə, qeyri-qohum evliliklərindən də xəstə uşaqların dünyaya gələ bilməsi gerçəyi də müzakirə predmetidir.  

Ailə Məcəlləsinə dəyişiklik layihəsində də vurğulanırdı ki, dünya əhalisinin bir qismi kimi, Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski yüksəkdir. Məhz bu problemin həlli məqsədilə Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.


Qərarı alqışlayanlar arasında ictimaiyyət nümayəndələri, mütəxəssislər də fikirlərini bölüşüblər. Həkim-pediatr Vaqif Qarayev sosial şəbəkə hesabında bunları yazıb:

- Yaxın qohum evliliklərinə qadağa. Son vaxtlar mətbuatda "ölkədə uşaq ölümü artıb" başlığı ilə yazılar gedir. Əslində, panika yaradacaq vəziyyət yoxdur! Ciddi bir epidemiya filan yoxdur ki, bu göstərici artsın. Amma daimi bir səbəb var - anadangəlmə anomaliyalar, irsi xəstəliklər! Bunun səbəbi isə həm də qohum nikahlardır. “Mənim tanıdığım filankəslər yaxın qohumdurlar, amma uşaqları sağlamdır", kimi fikirləri boş verin. Azca araşdırma aparın, görün dünyada nələr olur. Təki uşaqlarımız sağlam olsun!


Araşdırmaçı-jurnalist, sosioloq Lalə Mehralı da qohum evliliklərinə qadağa qoyulmasını alqışlayır:

- Sabahdan qohum nikahlar qadağan olur. Qadağan olunmasında iki tərəfin əməyi var - həkimlərin və jurnalistlərin. Bu barədə mütəmadi çıxış edən, yazan həkimlərə təşəkkür edirəm. Bu qadağada medianın, jurnalistlərin böyük əməyi var. Gündəmdən düşməyə qoymadıq, efirlərə həkimləri dəvət etdik, yazılarımızda rəylərini istifadə etdik, çox yazdıq, çox mübarizə apardıq və nail olduq. Mənim də peşə fəaliyyətimin əhəmiyyətli bir hissəsi bu istiqamətdə mübarizədə keçib. Özümü və bütün həmkarlarımı təbrik edirəm. 150 yaşımıza yaraşan zəfər oldu.


Şair-yazıçı, publisist Aqşin Yenisey isə hələ qanun layihəsi müzakirə edilən günlərdə sosial şəbəkə hesabında fikirlərini paylaşaraq belə yazmışdı:

- Belə mövzularda az danışan adamam. Amma fikri ciddi olan gənclərlə təcrübələrimizi bölüşməliyik. Azərbaycanda istər kişi olsun, istər qadın, fərq etməz. Həyat yoldaşını ictimai mühitdən seçənlərin, demək olar ki, hamısı ya boşanır, ya da bütün ömür boyu kor-peşman bir həyat yaşayırlar.

Kim ki, görücü üsulu ilə ailə qurur, kim ki xalası qızı, bibisi oğluyla evlənir, bütün problemlərə baxmayaraq, ən azı, yarıxoşbəxt bir həyat yaşayır.

Bunun sosioloji səbəbləri var:

1. İctimai mühit insanı üçün hədəf ailə deyil, şəxsi karyeradır.

2. İctimai mühit Şərqdə kişilərlə qadınların birləşdiyi deyil, ayrıldığı yerdir. Yəni cinsəl olaraq gizli düşmənçilik mühitidir.

3. Ənənə “Leyli və Məcnun” kodunu ta uşaqlıqdan beyinlərə yerləşdirib: Şərqdə sevib evlənmək mümkün deyil. Mümkün olmayana cəhd edənlər bədbəxt olacaqlar.

Belə. İndi hər kəs fikirləşsin. Qohumla evlənsinmi, evlənməsinmi?

Keçək əsas mətləbə. Qohum evlilikləri qadağan edildi, qərar qüvvəyə mindi. İndi – bundan sonra nə baş verəcək? Qohum evlliklərinin qarşısı həqiqətən də alınacaqmı, insanlarımız yaxın qohumdan qız alıb, qız verməkdən birdəfəlik imtina edəcəkmi, yaxud xala qızı xala oğlunu, dayı qızı bibi oğlunu (və ya əskinə) sevməkdən əl çəkəcəkmi və ya onlar buna güclə, qanun gücünə məcbur ediləcək? Qanun sevgini necə qadağan edə bilir və ya edə bilərmi?  


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qanunun müsbət, mütərəqqi tərəflərinin, cəmiyyətin inkişafına, xalqın genefondunun sağlamlığına verəcəyi faydanın diqqətə alınmasının vacibliyini vurğuladı, eyni zamanda insan haqlarının da unudulmamasını tövsiyə etdi:

- Məsələ belədir. Bakı şəhəri üzrə əksəriyyət bu qadağanın mahiyyətini anlayır. Ziyalılar, geniş dünyagörüşünə malik insanlar bunu qəbul edir. Paytaxtda bu məsələyə loyal yanaşma var, qohum evliliklərinə onsuz da o qədər də üstünlük verilmirdi. Amma rayon yerlərində, bölgələrdə vəziyyət fərqlidir. Hələ də qədim ənənələri yaşadan, adətlərə üstünlük verən bölgələrimiz, ailələrimiz var. Hesab edirəm ki, bölgələrdə bu məsələylə bağlı geniş iş aparılmalıdır. İnsanları inandırmaq, başa salmaq, yarana biləcək problemləri, sağlam nəsil məsələsini onlara ətraflı izah etmək lazımdır. Qanun qəbul olundu, qərar qüvvəyə mindi, deyib keçib getmək olmaz. Əhali ilə iş aparılmasa, qeyri-rəsmi nikahlar çoxalacaq. İlk vaxtlar bilinməyəcək, bəlkə gizli evliliklər olacaq. Erkən nikahların qarşısı hələ də tam alına bilmir. Çünki cəmiyyət buna hazır deyil. Kim gedib yaxın qohumu barədə məlumat verir ki, filankəsin qızının 15-16 yaşı var, amma toyudur?!. Eləcə də qohum evlilikləri, gizli şəkildə icra oluna bilər. Ancaq uşaq doğulanda bilinəcək ki, bu, birgə evlilik nəticəsində doğulan uşaqlardır. Çünki valideyn rəsmi nikah şəhadətnaməsi təqdim edə bilməyəcək. Bilirsiz, sevgi önəmlidir. Sevgi, sevmək, insanın sevdiyi şəxslə evlənmək istəyi, doğal, təbii haqqıdır. Əgər biz sağlam gələcək, sağlam nəslin vacibliyini önə çəkiriksə, əlbəttə, bu, doğrudur. Amma insanları buna inandırmaq, anlatmaq və doğru olana təşviq etmək də önəmlidir. Bu məsələ ilə bağlı xüsusən regionlarda, harada ki qohum evlilikləri daha çox yayılıb, həmin yerlərdə görüşlər keçirilməli, qeyri-hökumət təşkilatları, ictimai institutlar işə cəlb edilməlidir. Regionlara səfərlər təşkil edilməlidir. Əhalini maarifləndirmək lazımdır. Elə bir strateji planlanma lazımdır ki, maarifləndirmə güclənsin. Efirdə də bu barədə verilişlər hazırlanmalı, mütəxəssislər, ictimai fəallar sözlərini çatdırmalıdır. İnsanlar bir-birini sevə bilər. Belə olan halda qohumluq gözə görünmür. Əlbəttə, qanuna riayət edilməlidir. Hesab edirəm ki, qohum olan gənclər evlənmək barədə qəti qərara gəliblərsə, tibbi müayinədən keçdikdən və sağlam nəsil dünyaya gətirəcəklərinə əmin olduqdan sonra məhkəmə yoluyla bunu rəsmiləşdirə bilərlər. Ola bilər tibbi müayinənin nəticəsi mənfi olsun və bu, gəncləri evlənmək fikrindən döndərsin. Elə məsələlər var ki, seçimi insanların öz öhdəsinə buraxmaq mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 İyul 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see757

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see567

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see515

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see378

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see300

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see260

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see254

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see251

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see250

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see237

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see233

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see229

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see212

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see203

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see197

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see189

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see187

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri