Icma.az
close
up
RU
Qanunçuluğa və elmə həsr edilən ömür Eynulla Mədətli yazır

Qanunçuluğa və elmə həsr edilən ömür Eynulla Mədətli yazır

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Tanınmış hüquqşünas və elm xadimi, hüquq elmləri doktoru, professor Habil Surxay oğlu Qurbanovun bu günlərdə 70 yaşı tamam olacaq. 45 il çalışdığı polis-prokurorluq orqanlarında və elm-təhsil institutlarında yüksək peşəkarlığı və insani xüsusiyyətləri ilə həmkarlarının təbii hüsn-rəğbətini qazanan Habil müəllimin həyat yolunun böyük hissəsi ölkəmizin müstəqil dövlət quruculuğu illərinə təsadüf edir və bu gün də bu fəal elmi-ictimai fəaliyyət ardıcıl şəkildə davam etməkdədir.

Habil Qurbanov 14 mart 1955-ci ildə doğma Qarabağımızın Ağdam şəhərində ziyalı ailəsində doğulub, orta təhsilini 1 nömrəli şəhər məktəbində alıb. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini fərqlənmə ilə bitirdikdən sonra 20 yaşında ikən Azərbaycan Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda kiçik elmi işçi vəzifəsində elmi yaradıcılığa başlayıb. Lakin həmin il hərbi xidmətə çağırılıb, Ukraynanın Xmelnitski şəhərində xidmət edib, geri döndükdə artıq ona Nəsimi rayon komsomol komitəsində təklif olunan vəzifəyə keçib. O, 1980-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Bakı Orta Xüsusi Milis Məktəbində tədris hissəsinin xüsusi müfəttişi vəzifəsində işləyib və 1982-1985-ci illərdə Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla bitirb. Bundan sonra həyatının iyirmi bir ilini polis və prokurorluq orqanlarında məsul vəzifələrdə keçirib.

Habil Qurbanov 1988-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasının dissertantı olaraq Moskvada "Cinayət hüququ" sahəsində dissertasiya müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsi alıb, 1997-ci ildə Rusiya Federasiyası Baş Prokurorluğunun İnstitutunda hüquq üzrə doktorluq dissertasiyasını uğurla müdafiə edib. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası elm və təhsil sahəsindəki səmərəli elmi-metodiki təqiqatlarına görə ona professor elmi adını verib.

Habil Qurbanovun həyat və fəaliyyət yolunun atası - el ağsaqqalı, Surxay Qurbanovla bənzərliyi cəlbedicidir. Atası Surxay müəllim II Dünya müharibəsinin odlu-alovlu sınaqlarından çıxmışdı. Beş illik döyüş yolunu şərəflə keçmişdi, bir sıra yüksək döyüş ordeninə layiq görülmüş, hətta verilməsə də, Sovet İttifaqı Qəhrəmanı adına təqdim olunmuşdu. Surxay Qurbanov müharibədən sonrakı illərdə Oğuz rayonunun prokuroru, Gəncə Vilayət Prokurorluğunun İstintaq İdarəsinin rəisi vəzifələrində çalışmış, işlədiyi yerlərdə təmiz adı və ədalətliliyi ilə seçilmişdi. Müqayisə etdikdə aydın görünür ki, Habil Qurbanovun həyat yolu müəyyən mənada bütöv bir nəslin müəllimi, el ağsaqqalı, tanınmış maarifçi və təşkilatçı Surxay Qurbanovun keşməkeşli tale yolunun daha yüksək səviyyədə təkrarıdır, ata yolunun davamıdır. Yol da davam edir, yolçuluq da.

Habil Qurbanov Birinci Qarabağ müharibəsində hüquq mühafizə orqanının təcrübəli zabiti kimi iştirak etmiş müharibə veteranıdır. Onun polis orqanlarında, ondan sonra prokurorluq sistemində qazandığı əməli təcrübə gələcək elmi-nəzəri fəaliyyətinə qiymətli təcrübi material verib. Ona görə Habil Qurbanovun hüquqa, qanunvericiliyə dair elmi əsərləri akademik dəyərləri ilə yanaşı, həm də ölkəmizdə hüquq quruculuğunun ayrı-ayrı aparıcı sahələrinə dair əməli əhəmiyyətli elmi nəticələr, təlimatlar, təklif və tövsiyələrdir. Onun hüquq tədqiqatlarında dünya təcrübəsi ilə müqayisəli araşdırmalar xüsusilə önəmlidir.

1990-2001-ci illərdə Bakı şəhər prokurorluğunda məsul vəzifə, ardınca Bakının Qaradağ rayonunda, Dəvəçi (indi Şabran) rayonunda prokuror olaraq çalışması, Respublika prokurorluğunda Cəza yerlərində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsində işləməsi Habil Qurbanovun praktik bilik və bacarığını daha da zənginləşdirməklə gələcək elmi fəaliyyətinə də zəngin təcrübə bazası yaratmış oldu.

Habil Qurbanov Azərbaycan Elmlər Akademiyasında 1975-ci ildən başlanan və sonra fasilələr yaranan elmi fəaliyyətini 2010-cu ildən etibarən uğurla davam etdirib. O, 2010-2016-cı illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun "Dövlət və hüquq nəzəriyyəsi, mülki hüquq və mülki proses" şöbəsinin müdiri olub, 2017-ci ildən AMEA Azad Həmkarlar İttifaqının, hazırda isə Elm və Təhsil Nazirliyinin Elmi İşçilərin Azad Həmkarlar İttifaqının sədridir.

Habil Qurbanov 320 elmi və publisistik məqalənin, 16 monoqrafiyanın, 5 dərs vəsaitinin və 4 kitabın müəllifidir, onlardan 5 monoqrafiya və 70 elmi məqalə xarici ölkələrdə nəşr edilib. Onun "Azərbaycan Respublikasının yeni cinayət qanunvericiliyinin nəzəri əsasları" monoqrafiyası 1997-ci ildə Moskvada çap edilmişdi, hüquq elmləri doktoru, professor A.V.Naumovun "Cinayət hüququ" dərsliyini dilimizə tərcümə etməsi bu sahənin mütəxəssisləri və tələbələri üçün çox faydalı olmuşdu. Habil Qurbanov müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan hüquq elmini uğurla təmsil edib. Təqdirəlayiqdir ki, Habil müəllimin elmi rəhbərlik etdiyi 15 nəfər hüquq üzrə elmlər doktoru və fəlsəfə doktoru olaraq ölkəmizdə və onun hüdudlarından kənarda səmərəli fəaliyyət göstərirlər.

Habil Qurbanov Avropa Humanitar Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının akademikidir. Beynəlxalq Narkotizmlə mübarizə Cəmiyyətinin üzvüdür. Ölkəmizdə və bir sıra xarici ölkələrdə hüquq sahəsində elmi jurnalların redaksiya heyətində, hüquq elmi sahəsindəki dissertasiya müdafiə şuralarında iştirak edir.

Həm qazandığı yüksək peşə etikasına, həm də illər ərzində qanunun tələbinə və vicdanının səsinə əməl edərək ədalətli olmağı həyat norması olaraq qəbul edən Habil müəllim buna görə işlədiyi məsul vəzifələrdə ancaq "yaxşı kişinin yaxşı oğlu" kimi nüfuz və hörmət qazanıb. Azad Həmkarlar Komitəsinin sədri kimi onun fəaliyyəti nəticəsində son 7 ildə maddi imkanları məhdud olan elmi işçilərin mənzil-məişət, sanator-müalicə və sair ehtiyaclarının müəyyən qədər ödənilməsinə şərait yaradılıb, Akademiyanın müxtəlif institutlarında çalışan Qarabağ müharibələrinin qazilərinə, veteranlarına, eləcə də ölkəmizdəki şəhid ailələrinə imkanlar çərçivəsində maddi və mənəvi dəstək verilib.

Qeyd etmək lazımdır ki, Habil müəllimin ictimai fəaliyyəti daim onun peşə vəzifələrini tamamlayıb və daha da zənginləşdirib. Gəncliyindən idmana, xüsusən futbola maraq, Ağdamın "İmarət" stadionundan başlanan futbol həvəsi indi də sönməyib. Şabran rayonunda prokuror işlədiyi zaman futbola yaratdığı həvəs və stadion tikintisinə verdiyi dəstəkdən bu gün də danışılır və idarə-müəssisələrin həvəskar futbol komandalarının oyunlarının keçirilməsi ənənəsi davam etdirilir.

Habil Qurbanovun Azərbaycan Konstitusiyasına, əmək, cinayət, bələdiyyə hüququna dair əsərləri, xüsusən dərs vəsaitləri 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində həm hüquqşünasların, həm də geniş oxucu dairələrinin maraqla qarşıladığı və faydalandığı qaynaqlar olub. Dövlət quruculuğuna dair nəzəri və təcrübi araşdırmaların yenicə başladığı dönəmdə onun hüququn müxtəlif sahələrinə dair yazıb nəşr etdirdiyi məqalələri, əsərləri, dərs vəsaitləri bu sahədəki ehtiyacın qarşılanmasında əhəmiyyətli rol oynadı.

Habil Qurbanovun el-obasına, doğma Qarabağa olan təbii bağlılığı otuz illik işğal dövründə onun qələmə aldığı elmi, elmi-publisistik məqalələrində, qaçqın həmyerliləri ilə görüşlərindəki çıxışlarında, erməni vandalizmini ittiham edən yazılarında həmişə bariz şəkildə əks olunub. Azad Ağdamda Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğma şəhərin sakinləri ilə  görüşündə də Habil Qurbanov bir ağdamlı, bir Azərbaycan ziyalısı olaraq minnətdarlıq duyğularını möhtərəm Prezidentə yetirdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və birbaşa rəhbərliyi ilə Ermənistanın işğalçı ordusu üzərində çalınan qələbə və Vətənimizin torpaq bütünlüyünün, dövlətimizin tam suverenliyinin təmin edilməsi vətənsevər Birinci  Qarabağ müharibəsinin iştirakçısı Habil Qurbanovu bu tarixi qələbənin elmi təhlilinə sövq edib və 2022-ci ildə onun "Qarabağın azadlığı və Zəfərə gedən yol: hüquqi-sosio-mədəni baxış" kitabının ərsəyə gəlməsinə yol açıb.

Xüsusilə əlamətdardır ki, Habil Qurbanovun "Müqayisəli hüquqşünaslıq" monoqrafiyası (Comparative Law, Maryland, USA, 2022) 2022-ci ildə Amerika Birləşmiş Ştatlarında nəşr edilib və geniş elmi maraq doğurub. Habil Qurbanov 2023-cü ildə nəşr etdirdiyi "Heydər Əliyev Azərbaycanda milli qanunvericiliyin və hüquqi dövlətin yaradıcısıdır" əsərində Ulu öndərin zəngin siyasi irsi, müstəqil dövlətçiliyin təşəkkülündə bu irsin nəzəriyyə və təcrübəsinin müstəsna rolunu hərtərəfli tədqiq edib.

Onun hüququn ümumi məsələlərinə, xüsusən cinayət hüququna, cinayət məcəlləsinə, onun təkmilləşdirilməsinin nəzəri və praktiki problemlərinə dair elmi əsərləri, məqalələri müvafiq hüquqi qurumlar tərəfindən dəyərləndirilir və istifadə olunur. O, eyni zamanda, uzun illər boyu müxtəlif ali məktəblərdə hüquq elminin tədrisinə öz töhfəsini verib, 2003-2010-cu illərdə Azərbaycan Universitetində hüquq fakültəsinin dekanı vəzifəsində çalışıb, dəfələrlə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Magistr Buraxılış Komissiyasının sədri təyin edilib. Elmdə və ictimai fəaliyyətində göstərdiyi xidmətlərə görə Habil müəllim həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təltiflərinə və mükafatlarına layiq görülüb.

Ömrünün 70-ci baharını və elmi yaradıcılığının mükəmməllik dövrünü yaşayan, elmi işçilərin, eləcə də, onu tanıyanların dərin hüsn-rəğbətini qazanan, səmimiliyi, təvazökarlığı və ətrafındakılara yanımlılığı ilə seçilən Habil Qurbanovu ürəkdən təbrik edir, sağlıqlı və məhsuldar alim ömrü arzulayırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see247

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see211

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see175

Ekspert: Alıcı yalnız zahiri görünüşə aldanmamalı, mənzilin texniki sistemlərinin keyfiyyətinə xüsusi diqqət yetirməlidir

21 İyul 2025 19:28see161

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see160

Rusiyadan Aİ yə ÇAĞIRIŞ: Nobel Sülh Mükafatı Vladimir Putinə verilsin

21 İyul 2025 17:20see156

Real Madrid 9 il sonra ilk dəfə klub qaydalarını pozdu

21 İyul 2025 19:42see154

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see146

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see143

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see140

Ayda yaşam ümidi: Torpağı “sıxıb” oksigen çıxaracaqlar

21 İyul 2025 15:29see138

Gömrükçülər vətəndaşın bahalı saatını OĞURLAYIB Şok iddia

21 İyul 2025 19:59see132

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see132

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see131

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see130

Saul Niqes Trabzonspor a keçmək imtina etdi Özündən küssün

21 İyul 2025 20:07see129

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see128

DTX tərəfindən saxlanılan “Abu Malik”in Fotosu

21 İyul 2025 16:06see124

Hikmət Hacıyevin adından yayılan xəbər SAXTADIR!

21 İyul 2025 17:49see123

Heç vaxt bunu xiyar və pomidor turşusuna əlavə etməyin

21 İyul 2025 19:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri