Icma.az
close
up
RU
Qanunların himayəsində

Qanunların himayəsində

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Vüqar Abbasov: “Avropalılar bu gün də Rusiyanın geri oturdulmasını istəyirlər, amma...”

Niderlandda yaşayan azərbaycanlı diaspor fəalı, tanınmış jurnalist, Avropa Xəbər Agentliyinin (European News Agency) əməkdaşı Vüqar Abbasov AYNA-ya müsahibəsində bu günün Avropasından danışıb. Yaşadığı ölkə və qitədə yaşanan ictimai-siyasi, sosial-iqtisadi proseslər, insanların yaşam və istəkləri barədə fikirlərini bölüşüb. Beləliklə:

- “Qoca qitə” bu gün necədir, qayğılar onu qocaltmayıb ki?

- Avropa, sizin də bildiyiniz kimi, böyükdür, bura çox dövlətlər daxildir. Bunlardan bəziləri qayğılardan qocalmış kimi görsənə bilər. Amma “Avropa” deyəndə daha çox yada Qərbi Avropa ölkələri düşür. Əlbəttə ki, bu ölkələr də zaman-zaman qayğılarla əhatə oluna bilir. Amma bundan silkinib çıxmağı bacarır, tarix boyu da belə olub. Bəzən bunu qartalın müəyyən yaşdan sonra dimdiyini, dırnaqlarını yeniləməsi ilə müqayisə edirəm. Əgər qartalı bu yeniləmələr yenidən gücləndirirsə, Avropanı elm, təhsil, vətəndaşlarına verdiyi qiymət, qanunların aliliyinin qorunması və digər bu kimi səbəblər gücləndirməkdədir. Burada elmə, təhsilə, qanunların aliliyinə verilən önəm, sizin qeyd etdiyiniz kimi desək, “Qoca qitə”ni gücdən düşməyə qoymur. Avropa yaşlanır, amma qocalmır. Əlbəttə ki, bunlar mənim müşahidələrimdir və qısaca olaraq belə deyərdim. Bu barədə isə təbii ki, daha geniş danışmaq mümkündür.

- ABŞ-da iqtisadi vədlərlə mübarizə aparan Trampın hakimiyyətə gəlişi göstərdi ki, sadə amerikalını geosiyasi hegemoniyadan daha çox daxili sosial durumu maraqlandırır - yəni cibi. Bu yanaşmanı avroplıya transfer etsək...?

- İqtisadiyyat çox önəmlidir, buna şübhə ola bilməz. Əlbəttə ki, insanlar yaxşı yaşamaq istəyirlər. Bunun yolu da iş yerlərinin çox olmasında, işləməkdə və işlədiyinin haqqını ala bilməkdədir. Amerikalıların istəkləri anlaşılandır və deyərdim ki, bu baxımdan Avropa, bir qədər də konkretləşdirsəm, mənim yaşadığım ölkənin əhalisi də o qədər fərqli deyil. Müşahidələrimə əsasən deyə bilərəm ki, burada da, necə deyərlər, pul qablarına girəcək pulun məbləği insanları çox maraqlandırır və bir daha da qeyd edirəm ki, bu, çox təbii bir haldır. Belə bir deyim var: “Pul insanı xoşbəxt etmir, amma pulsuz da xoşbəxt ola bilməzsən”. Burada da hər hansı bir partiya seçkiöncəsi iqtisadi vədlər versə və insanlar həmin partiyanın bunu həyata keçirdə biləcək gücdə, potensialda olduğuna inanarsa, şübhə etmirəm ki, o partiya qalib gələr.

- Son zamanlar Avropada sağçıların, ultramillətçilərin gücləndiyi müşahidə olunur. Demokratiyanın, sosial bərabərliyin, liberal düşüncənin yerini milli-dini ayrı-seçkilikmi alır?

- Deməzdim... Doğrudur, bu gün Avropanın bir çox ölkəsində sağçı partiyalar hakimiyyətdədir. Amma onu qeyd edim ki, həmin millətçilər də məhz demokratiyanın nəticəsində seçkilərdə uğur qazanıblar. Bu isə elə-belə, bir gündə olmayıb. Bunun səbəbləri var. Bilirsiniz ki, Avropaya son illərdə çoxlu qaçqınlar gəlib. Bunların əksəriyyəti də müharibədən qaçan insanlardır. Bundan başqa, Qərbi Avropada Şərqi Avropadan olan çoxlu əmək miqrantları var. Burada təhsil alan tələbələri və s. də əlavə etsək, yetərincə ciddi rəqəmlər görərik. İllərdir ki, Niderland mətbuatı da siyasilərin, o vaxt müxalifətdə olan sağçıların dilindən ölkədəki problemlərdən danışır, bunu isə daha çox ölkəyə qaçqın kimi gələnlərlə, miqrantlarla əlaqələndirirdi. Bu problemlərə ən çox da sosial evlərin çatışmamazlığı daxil edilirdi. Bu və digər bu kimi səbəblər yerli seçicilərin çoxunu sağçılara səs verməyə həvəsləndirdi. Sağçılar seçki öncəsi bu problemin həlli yollarını bildiklərini deyir, çoxlu vədlər verirdilər. Nəticədə də seçkilərdə ultrasağçı olan PVV qalib gəldi. İnanıram ki, Avropanın digər ölkələrində də sağçıların hakimiyyətə gəlmə səbəbləri eynidir.

- Ukrayna müharibəsi tam şiddəti ilə davam edir. Üfüqdə sülh görünmür. Avropa insanı bu gün: nəyin bahasına olur-olsun, işğalçının geri oturdulması, yoxsa “bitsin artıq müharibə”?

- Əvvala onu qeyd edim ki, mən artıq üfüqdə müharibənin dayanacağını görürəm. Fikrimcə, Trampla Putin ən azından atəşkəs razılığına gələcəklər və Zelinskini də bunun vacibliyinə inandırmaq Trampa çətin olmayacaq. Mənə elə gəlir ki, ABŞ da artıq müharibə (hələlik də olsa) istəmir və Trampın seçilməsində həm də müharibəni 24 saata saxlayacağı vədi önəmli rol oynayıb. Avropaya gəlincə, yaşadığım ölkədə apardığım müşahidələr əsasında deyə bilərəm ki, əgər müharibənin başlanğıcında Rusiyanın burnunun nəyin hesabına olsa belə, ovulmasının tərəfdarları çoxluq təşkil edirdisə, indi bunu o qədər də inamla deyə bilmərik. Müharibə Avropaya iqtisadi baxımdan çox təsir etdi, qiymətlər qalxdı, inflyasiya artdı. Bu müharibənin nəticəsində ölkələrdəki qaçqınların sayı çoxaldı. Sadaladığım və sadalamadığım səbəblər insanların bir çoxunu yorub, fikrimcə. Əlbəttə ki, yenə də Rusiyanın geri otuzdurulmasını istəyərlər. Amma indi müharibənin dayanması tərəfdaları, fikrimcə, daha çoxdur. 

- Bakıda COP29 keçirilir. Dünyanın müxtəlif ölkələrindən qonaqlarımız var. Bizim üçün bu, ilk belə tədbirdir, mahiyyəti, əhəmiyyəti, nəticələri haqda yetərli qədər məlumatlı deyilik. Bəs, sizin üçün? Gəlin bir avropalının gözü ilə baxaq "Bakı-COP29"-a.

- COP29 ilə bağlı ölkə mətbuatında yetərincə məlumatlar getdiyini deyə bilərəm. Bunu qeyd etmək istəyirəm ki, Niderland bu tədbirə yüksək səviyyədə, Baş nazir səviyyəsində qatılmağı düşünürdü. Amma sonra Amsterdamda baş verənlər Baş nazirin səfərini təxirə salması ilə nəticələndi. Amma heyətə daxil olan digər nümayəndələr, mənim bildiyim qədər, tədbirə qatıldı. Bu barədə məlumat dövlətin rəsmi saytında verilib (https://www.rijksoverheid.nl/actueel/nieuws/2024/11/06/kabinetsdelegatie-naar-vn-klimaatconferentie-cop29-in-azerbeidzjan). 

Sualınıza gəlincə, məlumdur ki, bu tədbirin əsas məqsədi dünyadakı iqlim dəyişikliyinə diqqət çəkmək və bunun qarşısını almaq üçün tədbirlər görməkdir. Burada iqlim dəyişikliyi mövzusuna çox önəm veirlər və bu kimi tədbirlərin də əhəmiyyətli olduğunu bilirlər. Amma sadə insanların bu barədə hərtərəfli bilgiyə malik olduğunu düşünmürəm. 

Yeri gəlmişkən, qeyd edim ki, mən də Avropa Xəbər Agentliyində Bakıda keçrilən bu tədbirlə bağlı bir neçə yazı ilə çıxış etmişəm və qeyd edim ki, bu yazılarla bağlı da bir çox reaksiya aldım. Demək istədiyim odur ki, bu tədbirin önəmli bir tədbir olduğunu hər kəs qəbul edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see274

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see270

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see248

AFFA nın Lisenziya Komissiyasının iclasında Goranboy OİK in sənədlərinə baxıldı

19 Avqust 2026 20:06see237

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see231

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see218

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see213

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see196

Əhmədbəyli Füzuli Şuşa avtomobil yolu İnnovativ İnşaat Metodologiyası kateqoriyasında qalib seçilib

19 Avqust 2026 20:43see189

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see179

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see169

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see167

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see167

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see162

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see161

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see161

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see161

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see158

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see155

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri