Icma.az
close
up
RU
Qapalı yerdə maşında yatmaq ölümlə nəticələnə bilər EKSPERT

Qapalı yerdə maşında yatmaq ölümlə nəticələnə bilər EKSPERT

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə avtomobildə gecələmə və uzun yol dayanmalarında maşının içində yatmaq bir vərdişə çevrilib. Bir çox sürücü üçün bu, gündəlik həyatın bir hissəsi kimi görünə bilər, amma eyni zamanda ciddi təhlükə daşıyan bir vərdişdir. Mühərriki işlək vəziyyətdə buraxaraq qapalı məkanda qalmaq, havalandırma sisteminə diqqət etməmək və ya avtomobilin texniki vəziyyətini nəzərə almamaq bir sıra risklər yaradır.

Avtosfer.az xəbər verir ki, bu vəziyyət çox vaxt gözlənilməz və görünməz təhlükələrlə nəticələnir. İnsanlar əsasən riskin mövcudluğunu düzgün qiymətləndirmədikləri, texniki tələbləri nəzərə almadıqları və ətraf mühit şəraitini düzgün qiymətləndirmədikləri üçün təhlükəyə düşürlər. 

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfe.az-a açıqlamasında bildirib ki, mühərrikin işlək vəziyyətdə olması və havalandırma sisteminin düzgün tənzimlənməməsi ciddi problemlər yarada bilər:
“Yəni, tənzimləmə normal və düzgün aparılmadıqda təbii ki, risk mövcuddur. Bu proses qapalı zonada baş verdikdə  məsələn, qarajda və ya zirzəmidə təhlükə daha da artır, çünki belə məkanlarda oksigen çatışmır. Avtomobilin ixrac etdiyi zəhərli qazlar havalandırma sistemi vasitəsilə salona daxil olur və nəticədə zəhərlənmə baş verə bilər. Sürücü və sərnişin bunu hiss etmir, artıq vəziyyət kritik həddə çatır və ölüm riski yaranır. Nadir hallarda kimsə vaxtında müdaxilə edərək insanları havaya çıxarır və həkimə çatdırır, amma əksər hallarda bu hadisələr ölümlə nəticələnir. Buna görə də tövsiyə olunur ki, qapalı zonada mühərrik işlək vəziyyətdə buraxılaraq yatmağa cəhd edilməsin. Nəinki yatmaq, hətta oturub söhbət etmək də risklidir. Təəssüf ki, bəzi insanlar bu riski nəzərə almadan belə hərəkət edir və acı nəticələrlə üzləşirlər. Məsələn, insanlar qarajda və ya qapalı zonada, havanın çox isti və ya soyuq olmasından qorunmaq məqsədilə maşında oturur və söhbət edirlər. Bu zaman mühərrik işlək vəziyyətdədirsə, zəhərlənmə baş verir, amma onlar bunu hiss etmirlər. Görünməz ölüm insanı elə yerdə yaxalayır ki, xəbəri də olmur. Birdən-birə uyuşma, mürgüləmə və nəticədə ölüm baş verir. Ona görə də mühərriki qapalı zonalarda işlək vəziyyətdə saxlamaq qəti şəkildə qadağandır. Açıq ərazilərdə isə, əgər mühərrik işlək vəziyyətdədirsə, havalandırma sisteminə diqqət yetirmək və pəncərə şüşələrini müəyyən qədər açıq saxlamaq mütləqdir”.
Nurcan Babək

Oxunub 84

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Fevral 2026 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri