Qar fırtınası Moskvada həyatı iflic edib, regiondan paytaxta giriş bloklanıb VİDEO
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya paytaxtına yağan güclü qar həyatı iflic edib.
APA-nın Moskva bürosu xəbər verir ki, "Fransis" siklonunun gətirdiyi qarlı hava bir neçə gündür ki, Rusiya paytaxtında hökm sürür. Nəticədə Moskvada qarön hündürlü 65 santimetri keçib.
Mərkəz küçələr qardan qismən təmizlənsə də, ətraf rayonlarda gərgin vəziyyət yaranıb. Moskva meriyası küçələri qardan təmizləmək üçün 130 min işçi qüvvənin 15 min texnikanın səfərbər edildiyini açıqlayıb. Lakin qarın fasiləsiz yağması küçə və yolların təmizlənməsinə maneə yaradıb.
Sosial şəbəkələrdə insanların küçələrdə, yollarda qalması ilə bağlı çoxsaylı görüntülər yayılıb.
Moskva dairəvi yolunda avtomobillərin hərəkəti iflic olub.
Güclü qar səbəbindən Moskva şəhərinə region istiqamətindən giriş bloklanıb. Yaroslavl şossesində tıxacın uzunluğu 20 km-ə çatıb, insanlar altı saatdan çox tıxacda qalıblar.
Sinoptiklər qarın bu gün gec saatlara qədər davam edəcəyini bildiriblər. Qeyd olunub ki, aylıq yağıntı normasının yarısından çoxu yanvarın 9-da düşəcək. Qar güclü küləklə müşahidə olunub. Qar fırtınası səbəbindən Moskva üçün narıncı hava xəbərdarlığı verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Yanvar 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















