Icma.az
close
up
RU
Qar həm təbiət üçün, həm də bu xəstələr üçün faydalıdır AÇIQLAMA

Qar həm təbiət üçün, həm də bu xəstələr üçün faydalıdır AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Qar ekosistemlərin fəaliyyətində mühüm rol oynayır, iqlimə, relyefə, hidroloji proseslərə, bitki və heyvanların həyatına əhəmiyyətli təsir göstərir. Qar örtüyünün dinamikasının müşahidələri iqlim və ekosistemin hərtərəfli monitorinqinin mühüm komponentidir".

Bu fikirləri Redaktor.az-a ekoloq Cavid Hüseynov qarın təbiətə göstərdiyi təsirlərdən danışarkən bildirdi. Onun sözlərinə görə, qar təbiətə və yerdəki həyata bir çox formada təsir göstərir:

"Qar albedosunun artması səbəbindən qısadalğalı radiasiya yer üzünə daha az miqdarda çatır, istilik mübadiləsinə təsir edərək atmosferdə istilik itkisini azaldır. Yüksək əksetdirmə qabiliyyətinə görə qar işıqlandırmanı artırır, bu, xüsusilə uzun qütb gecələri olan qütb bölgələrində vacibdir. Qar örtüyü torpaqdan atmosferə gedən istiliyi saxlayır, onun donmasının qarşısını alır, bu da torpağın münbitliyinə təsir göstərir.
Qar örtüyü su və istilik rejiminə təsir edərək bitkilərin nəsli kəsilməkdən xilas edir. Əriyən qar torpağı nəmləndirir və qidalandırır ki, bu da kənd təsərrüfatına müsbət təsir göstərir. Qar və torpaq arasında əmələ gələn izolyasiya edilmiş örtük sayəsində yaranan termal vakuum canlıları aşağı temperaturdan və hipotermiyadan qoruyur, müxtəlif bitkilərin donmasının qarşısını alır və torpağın çox donmasına imkan vermir, bu da çoxillik bitkilərin köklərini qorumağa imkan verir, taxılların tumurcuqlarını qoruyur və s.

Vegetasiya dövrünün müddətini və fenofazaların başlama tarixlərini, həmçinin bitki məhsuldarlığını müəyyən edir. Qar örtüyü canlıların həyat formalarının inkişafına kömək edir və müəyyən bir ərazidə növ müxtəlifliyinə və bitkilərin ekoloji növlərinin nisbətinə təsir göstərir. Təbiətdəki su dövranında qar örtüyü mühüm yer tutur. Qar çayların qidalanmasında və axınındakı suyun əhəmiyyətli hissəsini təşkil edir. İllik axım miqdarını, yaz daşqınlarının səviyyəsini, çayların buz rejimini, buzlaşma və uçqun proseslərinin intensivliyini, buzlaqların illik balansını müəyyən edir. Qar dağların termal aşınmasına kömək edir. Qar atmosferi çirkləndiricilərdən təmizləyir".

Ekoloq qeyd etdi ki, qar tibbi baxımdan da insanlar üçün faydalı ola bilər:

"Qar zamanı havadakı toz, allergenlər və digər çirkləndiricilər yerə çökür, nəticədə atmosfer təmizlənir. Bu, xüsusilə allergiya və astma xəstələri üçün faydalıdır. Soyuq hava orqanizmin müqavimətini artırır, immun sistemini gücləndirərək infeksiyalara qarşı dözümlülüyü yüksəldir. Bədən temperaturunu sabit saxlamaq üçün daha çox enerji sərf edilir, bu da maddələr mübadiləsini aktivləşdirir. Belə hava dəridə qan dövranını yaxşılaşdırır, məsamələri sıxlaşdırır və dərinin daha sağlam görünməsinə səbəb olur. Qar yağdıqda insanı sakitləşdirir, stressi azaldır və psixoloji rahatlıq gətirir. Qarın əks etdirdiyi günəş şüaları D vitamini sintezini davam etdirir ki, bu da sümüklərin və immunitetin güclənməsi üçün vacibdir. Soyuq hava orqanizmin dözümlülüyünü artırır və qış xəstəliklərinə qarşı müqaviməti gücləndirir".

C.Hüseynov bildirdi ki, qarın müsbət təsirləti kimi mənfi təsirləri də var.

"Yağan qar  atmosferi çirkləndiricilərdən təmizləyir, lakin yazda qar əriməsi zamanı bu çirkləndiricilər torpağa və çaylara daxil olur, onları zəhərləyə bilir. Həmçinin, qısa bir ərimə baş verdikdə qar buza çevrilir və qar yığınının üstündə buz örtüyü əmələ gəlir ki, bu da bitkilərin oksigen tədarükünə maneə törədir, onların çürüməsinə səbəb ola bilir. Qar örtüyünün insanların iqtisadi fəaliyyəti baxımından da həm müsbət əhəmiyyəti, həm də mənfi təsirləri vardır. Qışda qar yerüstü nəqliyyatın, sənaye müəssisələrinin və tikinti sahələrinin fəaliyyətinə zərərli təsir göstərir. Şəhərlərdə, magistral və dəmir yollarında qar təmizləmə işlərinə külli miqdarda vəsait xərclənir. Ümumiyyətlə, qar digər atmosfer hadisələri kimi təbiətdə və insanların həyatında mühüm rol oynayır. Bu hadisələrin təzahürlərini necə aradan qaldırılacağı və insanların xeyrinə idarə olunacağı çox vacib məsələdir", - deyə ekoloq yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:298
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Fevral 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri