Icma.az
close
up
RU
Qar, yağış, dolu… Məhsullar bahalaşa bilər?

Qar, yağış, dolu… Məhsullar bahalaşa bilər?

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Son günlər bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraitinin kənd təsərrüfatına mümkün təsirləri ilə bağlı narahatlıq var. Xüsusən də bəzi dağlıq və dağətəyi ərazilərə apreldə qar yağması, dolu və sel riskinin artması mövzunu yenidən aktuallaşdırıb.

Bu fonda sual yaranır: hava şəraitindəki bu dəyişiklik məhsuldarlığa və bazar qiymətlərinə necə təsir edəcək?

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan aqrar məsələlər üzrə ekspert Allahverdi Mustafayev bildirib ki, apreldə qar və dolu yağması lokal xarakter daşıdığı üçün ümumi mənzərəyə ciddi təsir etmir:

“Apreldə müşahidə olunan gözlənilməz hava şəraiti, o cümlədən, Qubanın yüksək dağlıq ərazilərinə qar yağması və Bakıya dolu düşməsi məhsuldarlığa birbaşa ciddi təsir göstərən amil deyil. Çünki bu cür hava hadisələri, əsasən, lokal xarakter daşıyır və qısa müddətli olur.

Bir və ya bir neçə rayonda baş verən belə hallar, hətta müəyyən təsir yaratsa belə, ümumi məhsula və bazardakı qiymətlərə ciddi təsir göstərə bilməz. Aprelin ortasında qar yağması təbii ki, anomal haldır, amma bu qar meyvə və tərəvəzçiliyin bol olduğu rayonlara yox, əsasən, yüksək dağlıq ərazilərə yağıb”.

Ekspertin sözlərinə görə, tərəvəzçilikdə həlledici dövr hələ başlamayıb və məhsuldarlıq təkcə hava şəraitindən asılı deyil:

“Əgər yağışlı hava uzun müddət davam etsəydi, onda meyvəçiliyə daha ciddi təsirlərdən danışmaq olardı. Tərəvəzçilikdə isə əsas mərhələ hələ qarşıdadır. Ümumiyyətlə, məhsuldarlıq tək bir amildən asılı olmur, bu, kompleks faktorlarla müəyyənləşən məsələdir.

Məhsul bol olduqda, təklif artır və nəticədə qiymətlər aşağı düşür. Hazırkı mərhələdə isə qiymətlərlə bağlı qəti fikir söyləmək tezdir. Əgər çiçəkləmə dövründə hava şəraiti əlverişli keçibsə, tozlanma və mayalanma yaxşı gedibsə, artıq ilkin meyvə əmələ gəlibsə, bu, müsbət göstəricidir.

Ancaq əlverişsiz hava şəraiti uzun müddət, məsələn, bir həftə və ya 10 gün davam etsə, bu zaman göbələk və digər fitopatogen xəstəliklərin yayılması üçün münbit şərait yarana bilər. Hələlik isə məhsulun azalacağı, yaxud qiymətlərin artacağı ilə bağlı ciddi fikir söyləmək üçün əsas yoxdur. Çünki bu, hələ də bir çox amildən asılıdır. Bir bölgədə əlverişsiz hava şəraiti müşahidə olunsa da, başqa bölgələrdə vəziyyət fərqli ola bilər. Ona görə də hazırda narahatlıq üçün ciddi əsas görünmür”.

Əsmətxanım Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 18 Aprel 2026 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri