Icma.az
close
up
RU
Qara dəniz regionu əhəmiyyətli nəqliyyat dəhlizlərindən biridir Şahmar Hacıyev

Qara dəniz regionu əhəmiyyətli nəqliyyat dəhlizlərindən biridir Şahmar Hacıyev

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Şahmar Hacıyev oktyabrın 24-də Rumıniya Parlament binasında ABŞ-Rumıniya Şurasının Hərbi Dəniz Qüvvələri Liqası tərəfindən təşkil edilən "Qara dəniz Enerji və Təhkükəsizlik üzrə Beynəlxalq Konfransı"nda çıxış edib. 

525.az-a BMTM-dən verilən məlumata görə, şöbə müdiri öz çıxışında Qara dəniz regionundakı çağırışlar və imkanlar, enerji infrastrukturunun qorunması, eləcə də Azərbaycanın regional sabitliyin və enerji əlaqəliliyinin təminində oynadığı strateji rola diqqət çəkib.

Ş.Hacıyev qeyd edib ki, geniş Qara dəniz regionu dünyanın ən dinamik və strateji cəhətdən əhəmiyyətli nəqliyyat dəhlizlərindən biridir:

“Son illərin hadisələri göstərdi ki, enerji sahəsində baş verən dəyişikliklər beynəlxalq təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər. Enerji təhlükəsizliyinin əsas şərti isə diversifikasiya siyasətidir. Bu baxımdan, Azərbaycanın rolu getdikcə daha vacib olur. Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə Azərbaycan qazı bir çox ölkələrin bazarlarına çatdırılır. Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıq isə təkcə təbii qaz sahəsini deyil, bərpa olunan enerji istiqamətini də əhatə edir”.

O, çıxışının sonunda vurğulayıb ki, hökumətlər, sənaye və beynəlxalq institutlar birgə çalışmalı, investisiyaları qorumaq, təchizat zəncirlərini müdafiə etmək və Avropanın enerji gələcəyi üçün həyati əhəmiyyət daşıyan regionda sabitliyi təmin etməlidirlər.

“Qara dəniz Enerji və Təhlükəsizlik üzrə Beynəlxalq Konfransı” Qara dəniz regionunun əsas strateji, iqtisadi və təhlükəsizlik dinamikalarına həsr olunmuş illik yüksək səviyyəli forumdur. Tədbir Qara dəniz sahilində yerləşən və qonşu dövlətlərin hökumət rəsmilərini, eləcə də NATO və digər beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək, regional enerji təhlükəsizliyi və geosiyasi sabitlik mövzularında dialoqu təşviq edir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri