Qara dənizdə gərginlik artır: Ankara mövqeyini açıqladı
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qara dənizdə gəmilərə hücumların artması fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan bölgənin yeni münaqişə zonasına çevrilməməsi barədə xəbərdarlığını təkrarlayıb.
Turkustan.az xəbər verir ki, Fidan Türkiyə Xarici İşlər Nazirliyində macarıstanlı həmkarı Anita Orbanla görüşdən sonra keçirilən birgə mətbuat konfransında Qara dənizdə mülki gəmilərə hücumların son vaxtlar artmasına diqqət çəkib.
Rusiya-Ukrayna müharibəsinin regional və qlobal sabitliyə əsas təhdidlərdən biri olaraq qaldığını bildirən Fidan münaqişənin Qara dənizə yayılmasının qarşısını almaq üçün müharibənin başlanğıcından etibarən ciddi səylər göstərdiklərini vurğulayıb.
“Müharibənin başlanğıcından bəri münaqişələrin Qara dənizə yayılmamasını təmin etmək üçün çox çalışdıq. Montrö Boğazları Konvensiyasının və Qara Dəniz Taxıl Təşəbbüsünün diqqətlə həyata keçirilməsi bu yanaşmanın konkret nümunələridir”, – deyə nazir bildirib.
Aytən Yaşar / Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 09 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















