Icma.az
close
up
RU
Ankara sammiti öncəsi gərginlik artır

Ankara sammiti öncəsi gərginlik artır

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Rutte Trampı “yola gətirməyə” çalışır - ABŞ isə mövqeyində qətidir

Türkiyədə baş tutucaq NATO Zirvəsinə sayılı günlər qalmaqdadır. Yeni əsrin ən strateji sammiti kimi xarakterizə olan tədbirə rəsmi nümayəndə heyətlərindən və liderlərdən ibarət minlərlə qonağın qatılacağı gözlənilir. Beynəlxalq aləmin gündəmində olan bu tədbirdə əsas müzakirə mövzuları müdafiə və çəkindirmə planlaması, Ukraynaya uzunmüddətli dəstək, habelə müdafiə xərcləri hədəfləri və yükün bölüşdürülməsi olacaqdır.

­Türkiyə nələr əldə edəcək?

Qeyd edək ki, tədbirin Türkiyəyə mühüm siyasi və iqtisadi töhfələr gətirəcəyi də proqnozlaşdırılır. Belə ki, Türkiyə mətbuatının yazdığına görə, sammitin uzunmüddətli makroiqtisadi təsiri ölkə iqtisadiyyatına ildə təxminən 1,7 milyard dollar həcmində əlavə gəlir gətirə bilər. Tədbirin birbaşa iqtisadi effekti isə iştirakçıların otellərdə yerləşdirilməsi və logistik xidmətlər hesabına 60-62,5 milyon dollar səviyyəsində qiymətləndirilir. Türkiyə əsas iqtisadi faydanı müdafiə sənayesi sahəsində yeni müqavilələrdə görür. Belə ki, NATO ölkələrinin müdafiə xərclərini ümumdaxili məhsulunun 5 faizinə çatdırmaq qərarı türk hərbi-sənaye kompleksi üçün yeni ixrac imkanları yaradır. Analitiklərin hesablamalarına görə, bu proses yaxın üç ildə Türkiyənin müdafiə sənayesinə təxminən 3 milyard dollar əlavə gəlir gətirə bilər. Ekspertlər, həmçinin sammitin xarici investisiyaların artmasına və Türkiyənin Avropanın enerji təhlükəsizliyində rolunun güclənməsinə müsbət təsir göstərəcəyini vurğulayıblar.

Rutte Ankaradan öncə Vaşinqtonda...

Vurğulandığı kimi, Ankara sammiiti Avropa ilə ABŞ arasındakı dərin fikir ayrılıqları müstəvisində baş tutacaq. Belə ki, Alyansın hərbi xərclərinin bölüşdürülməsi məsələsi artıq bir müddətdir ki, müttəfiqlər arasında kəskin ziddiyyət yaradıb. Təsadüfi deyil ki, ABŞ prezidenti Donlad Tramp Ağ evdə jurnalistlərlə söhbətində bildirmişdi ki, “Biz NATO-ya ildə 600 milyard dollar xərcləmişik. Bu, sadəcə axmaqlıqdır və bizə heç bir köməyi toxunmayıb”. Birləşmiş Ştatların dövlət başçısının sözlərinə görə, kiçik məsələlərdə NATO-dan kömək ala bilmədiyi üçün ABŞ-ın onlara yardım göstərməmək hüququ var: “İran məsələsində Avropa bizə yardımdan imtina etdi və Vaşinqton buna NATO müttəfiqlərinə kömək etməməklə cavab verə bilər”.

Bir neçə gün öncə Ağ Evdə baş tutan NATO rəhbəri Mark Rutte ilə Tramp arasındakı görüş də məhz bu mənada böyük maraq doğururdu. ABŞ-ın Avropada qoşunların sayını azaltmaq barədə açıqlamasından sonra ittifaq müttəfiqləri arasındakı gərginlik pik həddə çatıb. Görüşdə Mark Rutte bildirib ki, Tramp vəzifəyə başlayandan bəri müttəfiqlərin əlavə müdafiə investisiyaları 1,2 trilyon dollara çatıb. Bundan əlavə, avropalılar Amerika hərbi şirkətlərinə yüz milyardlarla dollarlıq sifarişlər verir və ABŞ-da minlərlə iş yeri yaradırlar. Ekspertlərin fikrincə, Ruttenin əsas məqsədi Trampın NATO müttəfiqlərinin İranla müharibədə ABŞ-ı dəstəkləməməsi və və Hörmüz boğazının açılmasına kömək etməkdən imtina etməsi ilə bağlı “qəzəbini” soyutmaq olub. Rutte bildirib ki, hazırda Avropa və Kanada təxminən 20 faiz artıq büdcə formalaşdırıb. Müttəfiqlər ABŞ səviyyələrinə yaxınlaşmaq üçün büdcələrini artırmağa davam edəcəklər.

Tramp: Bizə onların pulu lazım deyil...

ABŞ Prezidenti görüşdə deyib: “”Xoş sözlərinizə görə minnətdaram; yaxşı iş görmüsünüz. Və açığı, sizin yerinizdə başqası olsaydı, bu gün burada olmazdıq, çünki hamı bizi məyus edib. Mənə NATO üzvlərinin sədaqəti lazımdır. Bizə onların pulu lazım deyil; dünyanın ən güclü ordusuna sahibik. Təkcə Almaniyada 50.000 əsgərimiz var. Biz həmişə NATO müttəfiqlərimiz üçün vuruşuruq, bazalarımız üçün yüz milyonlarla dollar ödəyirik və cavab olaraq “Xeyr, sizə kömək edə bilmərik” eşidirik”.

Köhnə qitə hərəkətə keçib...

Artıq NATO üzvlərinin hərbi büdcələrini yeniləməsi məsələsi demək olar ki, qaçılmazdır. Xatırladaq ki, ötən ilki sammitdə ittifaq üzvləri hərbi büdcələrini 2035-ci ilə qədər ÜDM-in 5 faizinə qədər artırmağı öhdələrinə götürmüşdülər. Bunun 3,5 faizi birbaşa müdafiə ehtiyaclarına, daha 1,5 faizi isə kibertəhlükəsizlik və nəqliyyat infrastrukturunun modernləşdirilməsi kimi əlaqəli sahələrə yönəldiləcəkdi. NATO-nun baş katibi Mark Ruttenin sözlərinə görə, Avropa paytaxtları Amerikanın NATO maliyyələşməsində iştirakının azalmasını kompensasiya etmək üçün xərclərini 100 milyard dollardan çox artırıblar. Əvvəllər təhlükəsizliyə qənaət edən dövlətlər indi silahlanma yarışına qoşulmaq məcburiyyətindədirlər. NATO Baş katibinin 2025-ci il hesabatında bildirilirdi ki, Lüksemburq ən böyük büdcə artımını göstərərək müdafiə xərclərini 115 faiz artırıb. Belçika, Sloveniya, Albaniya və Danimarka da maliyyələşdirmələrini fəal şəkildə artırır. Bu arada, ABŞ ümumi hərbi xərclərdə alyansın mütləq lideri olaraq qalsa da, artım tempi baxımından sonuncu yerdədir. Macarıstan, Fransa, Çexiya və Böyük Britaniya da ən aşağı büdcəyə malik beş ölkə arasındadır.

ABŞ-ın düşüncəsi dəyişməyəcək...

Bu arada NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen (2009-2014) bildirib ki, Avropa ABŞ prezidenti Donald Trampın sözlərinə o qədər də diqqət yetirməməlidir. The Guardian qəzetinin məlumatına görə, keçmiş baş katib deyib ki, “Düşünürəm yalnız Trampın nə deyə biləcəyini və ya edə biləcəyini düşündüyümüz şeylərə reaksiya verməyi dayandırmalıyıq. Trampın reaksiyasını nəzərə almadan öz qərarlarımızı verməyin vaxtıdır”. Rasmussenin sözlərinə görə, Trampın səlahiyyət müddəti bitdikdən sonra vəziyyətin status-kvoya qayıdacağına inanmaq sadəlövhlükdür. “Bu, baş verməyəcək. Dünya dəyişib. Amerikalıların münasibətləri dəyişib”, - deyə o vurğulayıb.

ABŞ əsgərlərini geri çəkir?

Qeyd edək ki, ekspertlər də ABŞ-ın NATO-ya əvvəlki kimi külli-miqdarda vəsait ayıracağını düşünmür. Bildirilir ki, mayın əvvəlində CBS News və Reuters ABŞ-ın Almaniyadan təxminən 5000 əsgəri geri çəkəcəyini yazıblar. Pentaqon rəsmiləri bu addımı Trampın İranla müharibədə müttəfiqlərin göstərdiyi yardım səviyyəsindən narazılığının əlaməti adlandırıblar. Bir müddət əvvəl Tramp NATO-dan çıxmağı ciddi şəkildə düşündüyünü açıqlayıb.

May ayının sonunda “Welt am Sonntag” Amerikanın Avropadakı iştirakının azaldılmasını sürətləndirmək planları, “Financial Times” isə nüvə paylaşma proqramının mümkün genişləndirilməsi barədə məlumat verib. “The Economist” isə  Vaşinqtonun iştirakının azalması halında avropalıların kollektiv müdafiə ssenariləri hazırladığını yazıb. FT həmçinin Pentaqonun Almaniyaya bu silahlarla təchiz olunmuş bir batalyon yerləşdirmək planlarından imtina etməsindən sonra Almaniyanın Tomahawk raketləri almağa çalışdığını bildirib.

NATO Bankı ideyası irəli sürülür...

Vurğulayaq ki, artıq NATO-nun daha da gücləndirilməsi və Avropanın maliyyələşmədə iştirakını stimullaşdırmaq üçün yeni planlar irəli sürülür.  “Financial Times” yazır ki, Kanada və Lüksemburq Baş Nazirləri NATO Müdafiə Bankının yaradılmasını tələb edərək, “çəkindirmənin” “maliyyə və iqtisadi güc” ilə dəstəklənməli olduğunu bildiriblər. Onlar alyansın illik əlavə xərclərini 850 milyard avro olaraq qiymətləndiriblər. “Kapital səfərbər etmək qabiliyyətimiz silahlı qüvvələrimiz qədər güclü olmalıdır. Cavab cəsarətli çoxtərəfli həlldir: Müdafiə, Təhlükəsizlik və Dözümlülük Bankının (DSRB) yaradılması”, - deyə baş nazirlər qeyd ediblər.

Karni və Friden NATO ölkələrinin artıq müdafiə büdcələrini əhəmiyyətli dərəcədə artırmaq öhdəliyini götürdüklərini, buna görə də maliyyələşdirməyə ehtiyacın “aydın” olduğunu bildirdilər. “Bu, Avropa və Kanadada Alyans üzrə illik 850 milyard avrodan çox əlavə xərc tələb edəcək ki, bu da daxili investisiya prioritetləri ilə ödənilə bilməz”, - deyə onlar vurğuladılar.

Baş nazirlərin fikirlərinə görə, yeni təklif Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi çoxtərəfli maliyyə qurumlarının sübut olunmuş modelinə əsaslanır. Qeyd olunub ki, mövcud qaydalara əsasən kommersiya bankları müdafiə sektorunun hər avro kapitalı üçün 12 avro kredit verə bilsələr də, yeni NATO bankının çoxtərəfli arxitekturası bu məbləğin ikiqatından çox kredit verməyə imkan yaradacaq. Ölkələrin  iştirakı isə Dünya Bankı və AYİB-in xətti ilə qurulacaq. Hər bir ölkə iki növ kapital yatıracaq: ödənilmiş və geri çağırıla bilən. Ödənilmiş kapital banka qoşulduqdan dərhal sonra yatırılır. Bu pul banka likvidlik təmin edir - yəni dərhal əməliyyatlara başlaya bilər. Bu töhfə ölkənin dövlət borcuna daxildir, lakin illik büdcə kəsirinə təsir göstərmir. Bundan əlavə, Carney və Frieden qeyd edib ki, bu, NATO-nun ÜDM-in 5 faizi həcmində müdafiə xərcləri hədəfinə hesablanır. Çağırıla bilən kapital, ölkələrin böhran yaranacağı təqdirdə banka maliyyə dəstəyi vəd etməsini nəzərdə tutur. Bu cür zəmanətlər bankın ən yüksək kredit reytinqini - “AAA” alması üçün lazımdır.

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyun 2026 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see302

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see270

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see255

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see249

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see249

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see244

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see241

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see240

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see232

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see225

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see223

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see219

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see212

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see210

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see209

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see202

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see199

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see196

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see190

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri