Icma.az
close
up
RU
Qara həsrət qalan Şimal qərb BÖLGƏSİ Təsərrüfatlar böyük təhlükə ilə ÜZ ÜZƏ FOTO

Qara həsrət qalan Şimal qərb BÖLGƏSİ Təsərrüfatlar böyük təhlükə ilə ÜZ ÜZƏ FOTO

Icma.az bildirir, Bizim media portalına istinadən.

Ötən ilin noyabr ayından başlayaraq Şimal-Qərb bölgəsində havanın qeyri-sabit keçməsi və günümüzə qədər davam etməsi ciddi iqlim dəyişmələrindən xəbər verir. El arasında böyük çillə kimi qeyd edilən bu müddətdə nə yağış yağıb, nə də qar.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, adətən dekabr yaxud yanvar ayında bölgənin əksər ərazilərinə bir ya iki dəfə qar yağar, qış sərt üzünü göstərərdi.
Bəs qeyri-sabit iqlim su qıtlığı ilə yanaşı aqrar sektora hansı təsirləri ilə özünü biruzə verə bilər?

Müşahidələr göstərir ki, əvvəlki illər ilin bu günlərində Böyük Qafqazın cənub yamaclarında 1-1.5 metr qar olardısa, bu il vəziyyət tamamilə fərqlidir. AMEA Şəki Regional Elmi Mərkəzin coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev də müşahidə və mülahizəmizi təsdiqləyir. Onun sözlərinə görə, şöbə əməkdaşları mütəmadi olaraq bu istiqamətdə monitorinqlər aparır.
Müsahibimiz qarşıdakı aylarda bu boşluğun aradan qalxacağına ümid etdiklərini bildirir.
AMEA Şəki Regional Elmi Mərkəzin şöbə müdüri Qafqaz Ağabalayevin sözlərinə görə, qış fəslinin böyük çilləsi olduğuna görə yağıntının miqdarı daha çox dağlarda özünü göstərir, amma yaşayış məntəqələrində bu hiss olunmur:

“Yuxarı dağlıq bölgədə, əsasən də Şəkiyə aid arealda əsasən şimalda 50 sm-ə yaxın qar yağıb, qarşıda kiçik çillə gözlənilir. Böyük çillədə yağmayan yağıntı kiçik çillədə özünü göstərər və yağıntı düşər” -deyən çoğrafiyaşünas alim zərərvericilərin qar və donmalarla məhv ola biləcəyini diqqtə çatdırır. 
Qarın az olmasının kənd təsərrüfatına təsirləri
Ölkəmizin ən böyük aqrar rayonlarından olan Şəkidə əkin sahələri əsasən dəmyə (suvarılmayan-red) torpaqlarda yerləşdiyindən yağıntılara, xüsusən də qar örtüyünə böyük ehtiyac duyulur. Aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev rayon əhalisinin əsas gəlir mənbəyinin taxılçılıq olduğunu, havaların isti və quraq keçməsi ilə siçanabənzər gəmiricilərin əkinlərdə çoxaldığını lakin mübarizə tədbirlərinin də davam etdirildiyini bildirir.

KTN Aqrar Xidmətlər Agentliyi Bitki mühafizəsi və Fumiqasiya Mərkəzi, Şəki rayon mərkəzinin rəisi, Aqrar elmləri üzrə fəlsəfə doktoru Tələt Mehdiyev bildirir ki, Şəki böyük aqrar rayondur. 2025-ci ilin məhsulu üçün 2024-cü ilin payızında 69 mindən artıq sahədə payızlıq dənli bitkilər əkilib.
Səpin ərəfəsində düşən yanğıntılar nəticəsində normal bitiş alınıb. Lakin noyabr ayından bu günə qədər havanın quraq, əsasən də isti keçməsi sahələrdə taxılın inkişafının ləngiməsinə və eyni zamanda siçanabənzər gəmiricilərin aqressivliyinin artmasına, yeni populyasıyaların yaranmasına əlverişli şərait yaradıb.
Bununla bağlı Şəki rayon mərkəzinin mütəxəssisləri tərəfindən siçanabənzər gəmiricilərə qarşı 36 min hektar sahədə fitosanitar müşahidələr aparılıb, 27 min hektarda sirayətlənmə aşkar edilib və büdcə vəsaiti hesabına 26 min hektar sahədə sikfosfit pereparatı ilə fermerlər dərmanla təmin ediliblər: 

“Payızından bu günə qədər 15 min fermerə mərkəz tərəfindən xidmət göstərilib. Bu fermerlərə bir deyil bir neçə dəfə dərman pereparatı verilib yəni əvvəllər siçanabənzər gəmiricilərə qarşı bir mübarizə tədbiri kifayət edirdi. Amma indi hava şəraitinin isti, sabit, quraq keçməsi təkrar-təkrar mübarizə aparılmasına gətirib çıxarıb” - deyən Aqrar elmləri üzrə fəlsəfə doktoru əsasən taxıçılıq və bağçılıq təsərrüfatlarında fəaliyyət göstərən fermerlərin qayğılarının artdığını və bununla əlaqədar mütəmadi görüşlər keçirildiyini, praktiki tədbirlər aparıldığını sözlərinə əlavə edir.
Rayonda bağçılıq təsərrüfatlarında hazırda budama-tarama işləri aparılır.
Yağıntılarn növbəti aylara qalması isə gələcək məhsulların tumurcuq dövrünə düşə bilər ki, bu da meyvəçiliyə ciddi zərbə vura bilər.  Bağçılıqla məşğul olan Etibar Nuriyev təsərüfatında siçanabənzər gəmiricilərə qarşı dəfələrlə tədbir görməsinə baxmayaraq, hava şəraiti, qar və donmaların olmamasının bu istiqamətdə effektivliyi azaltdığını deyir.
Aqrar elmlər üzrə fəlsəfə doktoru Tələt Mehdiyev söhbət əsasında onu da diqqətə çatdırıb ki, bu ildən etibarən dincə qoyulmuş torpaqlara da subsidyaların verilməsinə başlanılacaq. Bu ilk növbədə gəmiricilərə qarşı ən təsirli vasitələrdən biri olacaq. Digər tərəfdən dincə qoyulan torpaqlar gələcək məhsuldarlığın iki dəfə artmasına səbəb olacaq.






Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri