Qara qızıl ucuzlaşır: Brent in qiyməti son 3.5 ildə ilk dəfə bu qədər aşağı düşdü
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Brent" markalı neftin iyun füçerslərinin qiyməti 3.27% azalaraq bir barel üçün 67.85 dollara düşüb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "London ICE" birjasının ticarət məlumatlarından bəlli olur.
Bundan əvvəl neft bir barel üçün 68 dollardan aşağı təxminən 3.5 il əvvəl - 2021-ci il dekabrın 2-də düşmüşdü.
Neft kotirovkaları ABŞ Prezidenti Donald Trampın bütün ölkələrdən idxala yeni rüsumlar tətbiq etməsindən sonra düşüb. Bu, qlobal ticarət müharibəsinin neftə tələbatı azalda biləcəyi ilə bağlı narahatlıqları artırıb.
OPEK+ ölkələrinin neft hasilatını əvvəllər elan ediləndən daha sürətlə artırmaq qərarı da bazara mənfi təsir göstərib.
Ekspertlər hesab edir ki, bu iki addım birlikdə neft bazarlarında sarsıntılar yaradıb. Aprelin 3-də, cümə axşamı, "Brent" neftinin qiyməti təxminən 6.7% düşərək bir barel üçün 70 dollardan aşağı enib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















