Icma.az
close
up
RU
Qarabağ amili: münaqişə məntiqi ilə siyasi hiylə

Qarabağ amili: münaqişə məntiqi ilə siyasi hiylə

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəsmi Bakının tələbi ona görə vacib idi ki...

Məlum olduğu kimi, Ermənistanda hələ də qondarma qurumun adını çəkib ortaya düşənlər, hay-həşir qoparanlar var. Doğrudur, bu ifadə ölkə rəsmilərinin dilindən düşüb. Necə deyərlər, ilan ulduz görüb. Amma ulduz görməyən ilanlar da var ki, görünür, onlardan biri politoloq Akop Badalyandır.

Əslində, zahiri görünüşünə görə ibtidai insanın pitekantrop tipindən çox da fərqlənməyən Badalyanın fikirlərinə önəm verməmək də olardı. Axı belə məxluqlardan Ermənistanda çoxdur və işləri-peşələri boş-boş danışmaqdır. Bu yerdə “it hürər, karvan keçər” misalı da yerinə düşür. Amma...

“Əmması” budur ki, Badalyanın fikirlərini erməni mediası tirajlayır. Daha bir “əmma” da var. Belə ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Niderlanda səfər edir və səfər gedişində Niderland hökuməti Qarabağ erməniləri üçün 14 milyon avro vəsait ayırır. Mövzuya dair “Dağlıq Qarabağdan qaçqın düşmüş ermənilərə kömək” ifadəsini yayan isə həm də “Armenpress” informasiya agentliyidir. Yəni, Ermənistanın dövlət mediası. Agentlik bilavasitə “Artsax” ifadəsini işlətməsə də, Qarabağı tərk etmiş hayları “zorla qovulmuş əhali” qismində təqdim etməyi yaddan çıxarmır.

Bəli, Ermənistan dövləti “Qarabağdan zorla qovulmuş ermənilər” formulu ilə xaricdən yardım alırsa, deməli, sətiraltı şəkildə Qarabağın münaqişəli ərazi məntiqinin saxlanmasına çalışır. Bu, yumşaq desək, tülkülükdür. Halbuki, İrəvandan səmimiyyət gözləntimiz var. Yəni, Ermənistan xaricdən öz vətəndaşları üçün nə qədər istəyirsə, yardım ala bilər. Amma bunu “Azərbaycan ərazisindən qovulmuşlar” üçün etməməlidir. Çünki Azərbaycan heç kəsi qovmayıb və qovmur da. Hələ onu da deyək ki, ölkəmiz qovulmuşları öz yurduna qaytarır və bu siyasət davamlı olacaq, hətta vaxtilə deportasiyaya məruz qalmışlara da şamil ediləcək.

Əlqərəz, Ermənistan hakimiyyətinin Niderland hökumətindən aldığı yardım məsələsini o səbəbdən qabartdıq ki, Badalyanın hiyləgər fikirləri ilə rəsmi İrəvanın səmimiyyətdən uzaq davranışı arasında oxşarlıq var. Elə isə politoloqun hiyləgərliyinin konkret tərəfləri üzərində dayanaq. Məsələn, o deyir ki, Qarabağı beynəlxalq ictimaiyyətin Azərbaycanın tərkib hissəsi kimi tanıdığına dair oturuşmuş fikir var. Amma bu tanınma vaxtilə heç nə demək deyildi. Badalyanın fikrincə, məsələnin qoyuluşu belədir: Qarabağı Azərbaycan ərazisi olaraq tanıyan dövlətlərin nümayəndələri Ermənistan prezidentlərinin Azərbaycana aid bölgəyə səfərlərinə heç nə demir, yəni, etirazlarını ifadə etmirdilər.

Əslində, Akop haqlıdır. İşğal illərində istər Ermənistan liderləri, istərsə də xaricilər Qarabağa səfərlər gerçəkləşdirirdilər, Azərbaycan bunun yolverilməzliyini, qeyri-qanuni xarakter daşıdığını bildirir, ancaq ölkəmizin bəyanatlarına məhəl qoyan tapılmırdı. Yəni, dünya həqiqəti görmək istəmirdi. Badalyanın baxışlarında isə məhz həmin mənzərədən qaynaqlanmış siyasi interpretasiya var. O deyir ki, ilkin fakt Qarabağın Azərbaycan ərazisi olduğu məntiqinə söykənsə də, reallıq başqa idi. Politoloqun düşüncəsinə görə, reallıq Qarabağ münaqişəsi və münaqişə məntiqinin beynəlxalq aləmdə de-yure tanınmasına əsaslanırdı: “Bəs niyə ilkin faktı pozmur, yəni Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan imtina etmirdilər? Ona görə ki, beynəlxalq mandat çərçivəsində həll olunmalı və beynəlxalq miqyasda tanınmış münaqişə mövcud olduğu halda, ilkin faktdan imtina konfliktin həlli prosesinə müdaxilə olardı. Axı nəzəri cəhətdən istisna olunmurdu ki, tərəflər sonda məhz həmin ilkin fakt ətrafında razılığa gələ bilərlər. Beləliklə, yeni de-yure status barədə beynəlxalq qərar qəbul edilməyənədək, heç kim Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaqdan imtina edə bilməzdi. Amma eyni zamanda, de-yure “Artsax”ın öz müqəddəratını təyinetmə hüququ da tanınırdı”.

Nəzərə alsaq ki, otuz ilə yaxın müddətdə beynəlxalq ictimaiyyət Qarabağ məsələsi müstəvisində, böyük ölçüdə, riyakarlıqla məşğul idi, bu mənada da politoloq Badalyanı haqlı saymaq mümkündür. Çünki bir yandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyan xarici aləm digər tərəfdən Ermənistanın təzavüzünə göz yumurdu. Üstəlik, mənasız danışıqlar işğalın leqallaşdırılması məqsədi daşıyırdı. Ölkəmizin inadını görən ermənipərəst birlik, hətta, münaqişənin həllini uzadırdı. Rəsmi İrəvan isə “uzaqmənzilli planlar” qurur, Azərbaycanda nəsillərin dəyişməsi amili üzərinə fokuslanaraq, cəmiyyətimizdə Qarabağ mövzusunun unudulacağını hesablayırdı. Lakin heç nə yaddan çıxmadı, heç nə unudulmadı.

Beləliklə, A.Badalyan beynəlxalq miqyasda ərazi bütövlüyü və suverenlik prinsipi ilə millətlərin öz müqəddaratlarını təyinetmə hüququ arasındakı ziddiyyətlərə köklənir və bildirir ki, “de-yure Artsaxın öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə hansısa məhdudiyyətlərin qoyulduğunu təsdiqləyən bircə ictimai sənəd belə mövcud deyildi”. Erməni politoloqun hiyləgərliyindəki başlıca motiv də elə bu deyimdir. Ən əsası, bu hiyləgərlik bütövlükdə Ermənistandakı revanşist və şovinist kəsimin “düşüncə sahiblərinin” tezislərini müəyyənləşdirir. Bakı ilə sülhdən danışan rəsmi İrəvanın hələ də “Dağlıq Qarabağ erməniləri” klişesi ilə qazandığı xarici dividend isə həmin tezislərlə, bir növ, sinxronluq yaradır.

Bir nüansa da diqqət yetirək. Politoloq Badalyan fikirlərini əsaslandırarkən, sonrakı siyasi və geosiyasi məntiq çərçivəsində baş verənləri əhəmiyyətli sayır, amma onların başqa söhbətin mövzusu olduğunu vurğulayır və bildirir ki, Qarabağ müstəvisindəki “qalan hər şey diplomatik mübarizə, tərəflər arasındakı qüvvələr nisbəti və geosiyasi vəziyyətlə bağlı idi”. Deməli, bu anlamda da eksperti haqlı saymaq mümkündür. Yəni, Badalyan dolayısı ilə “güclü tərəf haqlıdır” deyimi üzərində dayanır. Əgər belədirsə, nəinki o, ümumən, Ermənistandakı revanşist və şovinist kəsim qulağında sırğa etməlidir ki, Azərbaycan bundan sonra hər zaman Ermənistandan bir deyil, on qat güclü olacaq. O qədər güclü olacaq ki, obrazlı desək, həkim qiyafəsində erməni cəmiyyətindəki avantürizmi müalicə edəcək. Əlbəttə, ölkəmiz cərrahi müdaxilə ehtiyacı yaranacağı təqdirdə də çəkinmədən öz işini görəcək, xəstəliyi kəsib atacaq.

Xəstəlikdən söz düşmüşkən bir məqamın da üzərində dayanaq. Məlum olduğu kimi, Azərbaycan uzun müddətdir ATƏT-in Minsk qrupunun ləğvini tələb edirdi. Çünki bu təsisat özündə Qarabağ münaqişəsi məntiqini saxlayırdı. O da məlumdur ki, artıq Minsk qrupu rəsmən fəaliyyətini dayandırıb. Deməli, münaqişə də yoxdur. İndi A.Badalyan kimi politoloqların hiyləgərliklə dolu sərsəmləmələrinə nəzər salanda ölkəmizin rəhbərliyinin tələbinin necə vacib əhəmiyyət daşıdığı bir daha təsdiqini tapır.

Ə.RÜSTƏMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri