“Qarabağ” “Ayaks” matçına doğru: Azarkeşlərin diqqətinə İdmanXəbər
Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
UEFA Çempionlar Liqasının VI turu çərçivəsində dekabrın 10-da keçiriləcək “Qarabağ” – “Ayaks” qarşılaşması ərəfəsində həyəcan zirvəyə yüksəlir. Böyük maraq doğuran bu möhtəşəm futbol gecəsi üçün bilet satışlarının başlanmasına sayılı günlər qalır. Qarşılaşmanın biletləri yalnız klub tərəfindən təsdiqlənmiş rəsmi satış kanalları vasitəsilə təqdim olunacaq.
Azarkeşlərdən biletləri yalnız rəsmi platformalardan əldə etmələri xahiş olunur. Satış prosesinə yaxın günlərdə start verilməsi planlaşdırılır və bununla bağlı ən son məlumatlar klubun rəsmi kanallarında paylaşılacaq.
Komandamızı 10 dekabr tarixində Tofiq Bəhramov adına Respublika Stadionunda canlı olaraq dəstəkləmək istəyən azarkeşlərə, biletlərin yüksək tələbat səbəbilə qısa müddətdə tükənə biləcəyini nəzərə alaraq, rəsmi məlumat axınını diqqətlə izləmələri tövsiyə edilir.
UEFA Çempionlar Liqasındakı növbəti həlledici qarşılaşma ərəfəsində gəlin, stadionda bir araya gələrək “Qarabağ”a layiq atmosfer yaradaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 Dekabr 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















