Qarabağ Bruno Lanqanı heyətinə qatdı RƏSMİ
Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib.
Fanat.Az xəbər verir ki, mozambikli müdafiəçi Bruno Lanqanın transferi ilə bağlı
İspaniyanın “Almeriya” klubu ilə danışıqlar uğurla yekunlaşıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
28 yaşlı sol cinah oyunçusu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 5 nömrəli formanı geyinəcək. Lanqanın son klubu İspaniya təmsilçisi “Almeriya” olub. O, bu ilin ilk yarısını icarə əsasında Portuqaliya komandası “Eştrela”da keçirib.
Lanqa karyerası ərzində ölkəsində “Blek Bullz”, “Maşakene”, Portuqaliyada “Amora”, “Vitoriya”, “Şaveş”, “Eştrela”, Kiprdə “Pafos” və İspaniyada “Almeriya” klublarının formasını geyinib.
Lanqa 2021-ci ildən indiyə qədər Mozambik millisinin heyətində 37 oyun keçirib, 1 qol vurub, 6 məhsuldar ötürmə verib.
Qeyd edək ki, Bruno Lanqa yay transfer pəncərəsində "Qarabağ"ın dördüncü transferidir. Daha əvvəl Jali Mauddib, Zakaria Savo və Samuel Lobato “Qarabağ”a qoşulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 17 İyun 2026 21:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















