Qarabağ dan ayrılan ulduz Ukraynanı bir birinə vurdu
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Qarabağ"ın sabiq futbolçusu Leandro Andradenin transferi Ukraynada idman mətbuatının və azarkeşlərin əsas müzakirə mövzularından birinə çevrilib.
Fanat.Az xəbər verir ki, "Dinamo Kiyev"in məhsuldar vingerlə müqavilə bağlamamaq qərarı kəskin tənqidlə qarşılanıb.
Azarkeşlər xüsusilə onun UEFA Çempionlar Liqasında 3 qol vurmaqla öz səviyyəsini sübut etdiyini, paytaxt klubunun isə belə bir gücdən yararlanmaq istəmədiyini vurğulayıblar.
Onların fikrinə görə, "Dinamo" Avropa Liqasının təsnifat mərhələsində qol vuraqda ciddi çətinlik çəkdiyi bir vaxtda, hücum xəttində belə bir yaradıcı simanın transferindən imtina etməklə böyük səhvə yol verib. Kiyevlilərin masada qoyduğu bu böyük fürsəti vaxtında dəyərləndirən "Polissya" isə futbolçunu heyətinə qataraq çempionatdakı rəqiblərinə əzələ nümayiş etdirib.
Bu keçid gələcəkdə "Dinamo Kiyev"in ciddi şəkildə peşman ola biləcəyi ən uğursuz qərarlardan biri kimi yadda qalacaq.
Kamil Xudiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 17 İyul 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















