Qarabağ dost, qardaş ölkələr arasında münasibətlərin yüksəldilməsində dönüş nöqtəsi oldu
Icma.az, Sia Az saytına istinadən bildirir.
"Bundan 106 il əvvəl qurulan Azərbaycan parlamenti Şərqdəkı ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bir rəmzidir". SİA xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikası Parlamenti Senatının Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin katibi Darxan Kıdırali dekabrın 7-də Milli Məclisdə keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusuna həsr edilmiş beynəlxalq parlament konfransında çıxışı zamanı bildirib.
O deyib ki, 44 günlük Vətən müharibəsində ölkə torpaqlarının bütünlüyü üçün Prezident İlham Əliyevin Zəfər yürüşündə Milli Məclis daim onun yanında oldu: "Azərbaycanın ərazi bütövlüyü üçün böyük töhfələr verən Milli Məclisi bu münasibətlə təbrik etmək istəyirəm. Qarabağ dost və qardaş ölkələr arasında münasibətlərin yüksəldilməsində dönüş nöqtəsi oldu. Qazaxıstan dövləti də Füzulidə bir məktəb açaraq, səmimi dostluğunu bu şəkildə göstərmiş oldu".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Dekabr 2024 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















