Əfsanələrdən UFO lara: Şəhər folklorunun dinamik dünyası araşdırılıb
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 28 aprel, AZƏRTAC
AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə Folklor nəzəriyyəsi şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayatın “Dəyişən mədəniyyət paradiqmasında şəhər folkloru: əfsanələr və dedi-qodular” adlı monoqrafiyasının I cildi nəşr olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, monoqrafiyada müasir şəhər folklorunun çoxşaxəli və dinamik təbiəti nəzəri kontekstdə araşdırılıb. Tədqiqatda şəhər folklorunun formalaşma mexanizmləri, onun ənənəvi folklordan fərqli və oxşar cəhətləri, urbanizasiya prosesinin təsiri, eləcə də janr sistemi araşdırılıb. Xüsusilə, əsərdə qeybət, dedi-qodu və şayiə fenomenləri ilk dəfə olaraq şəhər folklorunun yeni mətn formaları kimi semiotik və narrativ aspektlərdən təhlil olunub.
Kitab “Ön söz”, 7 fəsil, ingilis dilində xülasə və qaynaqlardan ibarətdir.
Tədqiqatda folklorşünaslıq, sosial antropologiya, sosiologiya və mədəniyyət araşdırmaları sahələrinin metodoloji yanaşmaları birləşdirilib və şəhər folkloru multidisiplinar kontekstdə təqdim olunub.
Monoqrafiya folklorşünaslar, mədəniyyətşünaslar, sosial elmlər üzrə tədqiqatçılar və bu sahəyə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən tədqiqat əsəri 304 səhifədən ibarətdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















