Icma.az
close
up
RU
Qarabağ ın Juninyosuz ilk oyunu Köhlən atlar FKSB yə qalib gələ bilər AÇIQLAMA

Qarabağ ın Juninyosuz ilk oyunu Köhlən atlar FKSB yə qalib gələ bilər AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanda futbol deyəndə yəqin ki, ağla ilk "Qarabağ" gəlir. Nəzərə almaq lazımdır ki, komandanı güclü edən əsas amil də onun futbolçularıdır. "Qarabağ" ilin başında braziliyalı futbolçu Juninyonu satmaqla azerkəşlər arasında müzakirələrə səbəb oldu. Bir çox futbolsevər Juninyonun güclü oyunçu olduğunu bildirirlər. Bu gün də Avropa Liqası çərçivəsində "Qarabağ" Rumıniyanın FKSB komandası ilə üz-üzə gələcək.

Bəs oyunun nəticələri necə olacaq, Juninyonun yoxluğu nə dərəcədə hiss ediləcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan idman jurnalisti, ekspert Kənan Məstəliyev bildirdi ki, bugünkü oyun "köhlən atlar" üçün vacibdir:

"Bugünkü görüş vacib qarşılaşmadı, çünki "Qarabağ"ın Avropa Liqasının liqa mərhələsindən "play-off"a adlaması üçün sonuncu şansdır. "Qarabağ"ın bu dəfə "play-off"a yüksəlməsi üçün yalnız qarşıda cəmi iki oyunu var və hər iki oyunda qələbə qazanmalıdır. Bugünkü rəqib yaxşı, güclü, balanslaşdırılmış gücə malik kollektiv futbol oynayan bir komandadır. Avropa Liqasında istənilən rəqibə başağrı ola bilər. Amma buna baxmayaraq, "Qarabağ" da zəif komanda sayılmamalıdır. Baxmayaraq ki, mövsüm komanda üçün uğursuzluqla başlayıb, aktivində cəmi üç xal var. Amma "Qarabağ" FKSB kimi komandaları yetərli sayda məğlub edə bilir və düşünürəm ki, bu gün də bunu təkrarlaya bilər".

Jurnalistin sözlərinə görə, Juninyonun olmaması ümumi balansı pozmayacaq.

"Juninyonun "Flamenqo"ya transferindən sonra komandanın hücum xəttində problemlər var. Amma "Qarabağ"ın digər komandalardan üstün cəhəti ondan ibarətdir ki, "Qarabağ" heç də konkret bir oyunçudan asılı komanda deyil. Yəni "Qarabağ" kollektiv oyunu nümayiş etdirir. Bəlli bir sistem üzərindən futbol oynayır və orada hər hansı bir oyunçunun gedişi və yaxud da hər hansı bir səbəbdən olmaması ümumi balansı çox da pozmur. Yəni orada futbolçular təbii ki, fərdi xüsusiyyətləri ilə fərdi oyunları ilə seçilirlər. Amma əsasən komanda oyunu oynadıqlarından. Əvəzləndikdə yerinə futbolçu qoyulduqda və həmin futbolçu onun üzərinə düşən işi gördükdə fərq o qədər də görünmür. Bəli, təbii ki, Juninyonun gedişi öz təsirini göstərəcək. Bu, şübhəsizdir. Amma Qarabağ özünün qurduğu sistemi növbəti dəfə tətbiq eləyə bilsə, düşünürəm ki, elə hücum xəttində yer alacaq ya Nəriman, ya Musa bu işin öhdəsindən gələ bilərlər. Düşünürəm ki, komandamız bu oyunda qələbə qazana bilər", - deyə Kənan Məstəliyev bildirdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 Yanvar 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri