Icma.az
close
up
RU
Qarabağ ın problemi odur ki, Azərbaycan Premyer Liqasında rəqibi yoxdur MÜSAHİBƏ

Qarabağ ın problemi odur ki, Azərbaycan Premyer Liqasında rəqibi yoxdur MÜSAHİBƏ

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Qarabağ"ın sabiq futbolçusu Rahid Əmirquliyev Sportal.az saytına müsahibə verib.

- "Qarabağ" Avropa Liqasında son matçda "Olimpiakos"a 0:3 uduzdu. Halbuki matça pis başlamamışdı. "Qarabağ"ın məğlubiyyətini necə şərh edərdin?

- Bəli, "Qarabağ" 0:3 uduzdu. Amma hesab oyuna görə deyildi. Xüsusilə də, "Qarabağ" 1-ci hissədə çox yaxşı oyun nümayiş etdirdi. Təəssüflər olsun ki, yaxşı oyunu nəticəyə çevirə bilmədilər. İstədiyi qolu vura bilmədi. "Olimpiakos" güclü olsa da, "Qarabağ" yaxşı oyun nümayiş etdirdi. Yenə də standart vəziyyətdən 2 qol buraxdıq. Öz epizodlarımızı isə vura bilmədik.

- Səncə, nəyə görə komanda ilk hissədə nümayiş etdirdiyi futbolun davamını fasilədən sonra gətirə bilmədi?

- "Qarabağ" birinci hissədə çox yaxşı oynadı. Deməzdim ki, ikinci hissədə zəif çıxış etdi. "Olimpiakos" çox güclü, ciddi rəqibdir. Buna baxmayaraq, "Qarabağ" birinci hissə lap yaxşı oynadı. İkinci hissəyə də pis başlamadılar. Ola bilər ki, qoldan sonra "Olimpiakos" özünü daha inamlı hiss etdi. Daha sonra ikinci qol gəldi və toparlanmaq asan deyildi.

- Ötən mövsüm az qalsın "Bayer"i keçəcək komanda bu mövsüm yeni formatda Avropa Liqasında uğursuz oldu, sonuncu pilləni tutdu. Bunun səbəbini nədə görürsən?

- Düzdür, "Qarabağ" turniri sonuncu pillədə bitirdi. Keçən il "Bayer"i həm evdə, həm Leverkuzendə məğlub etməyə yaxın idi. Tək "Bayer"ə qarşı yox, digər görüşlərdə də belə idi. Bu mövsüm uğursuzluq oldu. Ancaq oyun baxımından əksər matçlarda "Qarabağ" normal futbol nümayiş etdirirdi. Hardasa bəxti də gətirmirdi, hardasa epizodları vura bilmədilər. Ümumi götürəndə, Avropa Liqasında zəif komanda olmur. "Qarabağ" bu sezon da pis oynamadı. Nəticə pisdir. Lakin əksər görüşlərdə "Qarabağ" yaxşı oyun nümayiş etdirirdi, rəqiblərdən geri qalmırdı.

- "Qarabağ”ın heyət olaraq yenilənməli olduğunu düşünürsən? Yeni transferlərə ehtiyac var?

- Bunu mən bilmirəm. Ən yaxşısını Qurban Qurbanov bilər. Juninyonun gedişi istər-istəməz komandaya təsir etdi. O, elə futbolçu idi ki, hər an rəqib qapısı qarşısında epizod yarada bilirdi. Onun gedişi "Qarabağ" üçün böyük itki oldu.

- "Qarabağ” üçün Avropa macərası başa çatdı, yerli liqada çempionluq qazanmaları yəqin ki, asan olacaq?

- Nəticə baxımından çox pis oldu. Amma bu da təcrübədir. Premyer Liqaya gəlincə, inanıram ki, 99 faiz "Qarabağ" çempion olacaq. Bəlkə də səhv deyirəm, amma "Qarabağ"ın problemi odur ki, Azərbaycan Premyer Liqasında rəqibi yoxdur. Çıxıb rahat oynayırlar. Ona görə də avrokuboklarda bir az çətinlik çəkirlər. Bizim liqamız nə qədər güclü olsa, "Qarabağ"a rəqib nə qədər çox olsa, avrokuboklarda oynamaq onlara da rahat olardı. Lakin görünən odur ki, "Qarabağ" rahat çempion olacaq.

- “Qarabağ” standart vəziyyətlər zamanı əlacsız və çox zəif görünməsini nə ilə əlaqələndirirsən?

- Düzdür. Son matçlarda demək olar ki, bütün qolları standart vəziyyətlərdən vurublar. "Qarabağ"ın zəif müdafiə olunduğunu deməzdim. Futboldur da, olur. Rəqib də standart vəziyyətləri işləyir. Elə olur ki, rəqibin işlədikləri alınır. Bu o demək deyil ki, "Qarabağ" zəif müdafiə olunur. Bəxti elə gətirdi ki, son matçlarda 90 faiz qolları kornerlərdən buraxdılar. Bunu nə ilə əlaqələndirmək lazım olduğunu bilmirəm. Fikrimcə, sadəcə təsadüfdür.

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sportal.az
archiveBu xəbər 01 Fevral 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri