Icma.az
close
up
RU
Qarabağ ın qolu, ədalətsizliyə qarşı vurulan zərbə

Qarabağ ın qolu, ədalətsizliyə qarşı vurulan zərbə

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda "Ayntraxt" ilə qarşılaşdı.

Alman klubuna qarşı oynayan "köhlən atlar" doğma meydanda oyuna inamla başladı. Azərbaycan çempionu matçın dördüncü dəqiqəsində Kamilo Duranın qolu ilə hesabda irəli keçdi. Lakin bu qola çox sevinə bilmədik. Qonaqların heyətində oynayan Can Uzun 11-ci dəqiqədə hesabı bərabərləşdirdi. Oyunun ilk yarısı bərabərliklə başa çatdı. 

İkinci hissə isə daha gərgin keçdi. Hər iki komandaya 3 xalı qazanmaq lazım idi. Qonaqlar ard-arda gələn məğlubiyyət və bərabərliklər seriyasını bitirməyə can atırdı. "Qarabağ" UEFA Çempionlar Liqasının turnir cədvəlində rəqibdən üç xal öndə olsa da, ilk 24-lükdə olmaq üçün növbəti 3 xalı təmin etmək istəyirdi. 

Oyunun gedişatında "Ayntraxt" baş hakim Sandro Şarerin penalti qərarından yararlandı. Fares Çaibi topu qapıya göndərdi və rəqib bununla da hesabda önə keçdi - 1 - 2.

Hakimin bu qərarı haqlı idi. Lakin həmin qoldan az öncə oxşar epizod rəqibin qapısı önündə də yaranmışdı. Hər kəs hakimdən 11 metrlik cərimə zərbəsi qərarını gözləsə də, o, bundan imtina etdi və oyuna davam dedi.

Bundan sonra ekranda Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov göründü. Təbii ki, yenə də təmkinli və soyuqqanlı idi. Əli ilə futbolçularına işarə verdi. Ondan sonra oyunun taleyi dəyişdi...

Hakimin bu qərarı və oyun boyu etdiyi ədalətsizliklərə "Qarabağ"ın yalnız bir cavabı ola bilərdi - qol vurmaq. Qurbanovun tapşırığı da məhz bu idi. Elə də oldu. Penaltidən iki dəqiqə keçər-keçməz Kamilo Duran dubl edərək "Qarabağ"da bərabərlik qolunu vurdu. Bu, hələ heç nəyin bitmədiyi, inamın hələ də olması demək idi. 

Elə oyunun başlanğıcında stadionda azarkeşlərin açdığı plakat kimi: "Bizim inancımız sizin büdcənizdən daha böyükdür".

İnandıq, "Qarabağ"a güvəndik, nəticədə isə "köhlən atlar" qalib gəldi. 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə qələbə qolunu vurdu. Bu qol təkcə qələbə qolu yox, ədalətsizliyə qarşı vurulan zərbə idi. 

Onu da deyim ki, 28 yaşlı müdafiəçimiz UEFA Çempionlar Liqasının əsas mərhələsində qol vuran ilk azərbaycanlı futbolçu kimi tarixə düşdü. 

Axı "Qarabağ" ruhunu adını daşıdığı coğrafi ərazimizdən alır. Xalq olaraq ədalətsizliyi nə oyunda, nə siyasətdə qəbul edirik. Elə 44 günlük Vətən müharibəsinə səbəb olan Qarabağ münaqişəsində də belə olmuşdu. 30 il ədalətsizliklə üzləşdik, səbr etdik, nəticədə ədaləti döyüş meydanında öz gücümüzlə bərpa etdik. "Qarabağ"ın oyunçuları da ədaləti oyun meydançasında öz gücləri ilə təmin etdi. Beləliklə, Tofiq Bəhramov adına Respublika Stadionu, həmçinin dünya daha bir tarixi oyuna şahidlik etdi. 

Qurban Qurbanov qazanılan qələbə qarşısında göz yaşlarını saxlaya bilməyib.

Matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi başa çatdı. Qurban Qurbanov kimi təmkinli, hisslərini büruzə verməyən şəxs, qazanılan qələbə qarşısında göz yaşlarını saxlaya bilmədi. Gözlərdən çıxan hər damla yaş ədalət tərəzisinin bərqərar olduğunun carçısı idi. 

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-a çatdırdılar.

Ağarza Elçinoğlu 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://unikal.az
archiveBu xəbər 22 Yanvar 2026 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri