Icma.az
close
up
RU
Qarabağ ın tərcüməçisi: “Flikə dedik ki, ola bilsin, yaxın zamanda yenə görüşdük FOTO

Qarabağ ın tərcüməçisi: “Flikə dedik ki, ola bilsin, yaxın zamanda yenə görüşdük FOTO

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Flikə dedik ki, ola bilsin, yaxın zamanda yenə görüşdük".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın tərcüməçisi Elvar Quliyev "Barselona"nın baş məşqçisi Hansi Fliklə təsadüfən qarşılaşmaları barədə paylaşımında yazıb.

Sosial şəbəkə hesabında Barselonaya səfərini qələmə alan klub nümayəndəsi maraqlı təsadüflə qarşılaşdıqlarını vurğulayıb: "Barselona səfərimizin ilk günündə gözlənilməz sürprizlə üzləşdik. Komandamızın fiziki hazırlıq üzrə məşqçisi Çudomir Çakarovla şəhər mərkəzində gəzişirdik. Birdən Çudo “Dsquared2" mağazası olsaydı, baş çəkərdik” dedi. GPS-lə baxdım, bizdən 800-900 metr aralıda göstərirdi. Gəldik, içəriyə girdik, görürük ki, Hansi Flik qabağımızda durub, telefonda qurdalanır. Çudo ilə bir-birimizə baxdıq, bu qədər təsadüf olar?!

Yoldaşı ilə alış-verişə gəlmişdi. Dərhal yaxınlaşmadıq. Telefonda işini bitirdirdikdən sonra dedik, “bilirik, gün ərzində sizə yaxınlaşanlar, şəkil çəkdirənlər, avtoqraf istəyənlər çox olur”. Gülərək bizi qabaqlayıb “heç bir problem yoxdur, gəlin, çəkək” söylədi. Şəkil çəkdirdikdən sonra ona “ola bilsin, yaxın zamanda yenə görüşdük, bəlkə də sizə sürpriz olacaq” dedik. Təəccüblə bizə baxdı, yəgin “bunlar nə danışır?!” düşündü.

Bir az sonra mağazanı tərk etdik. Şokda idik ki, 2 milyon nəfər əhalisi olan Barselonada 1-ci gün qarşımıza necə ola bilər ki, Flik çıxsın.

İki gün sonra “Barselona”nın əsas komandasının məşqini izləyəcək , futbolçular və Flikin özüylə görüşmək imkanımız olacaqdı. Nəhayət, dünən bu, baş tutdu. Flik bizi görəndə duruxdu. Dedik, hə, bizik, o gün mağazada rastlaşmışdıq. Yaxın zamanda görüşərik demişdik. O da “hə, hə əlbəttə xatırladım, yoldaşımla idim özü də” dedi.

Qurban müəllimlə fikir mübadiləsindən sonra onunla daha bir şəkil çəkdirdik. Şəkillərdən biri mağazada, digəri isə “Barselona”nın bazasında çəkilib".

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 24 May 2025 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see164

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see152

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri