Icma.az
close
up
RU
Qarabağ ın yeni Kintanası ola bilər Montielin topla rəftarı göz oxşayır

Qarabağ ın yeni Kintanası ola bilər Montielin topla rəftarı göz oxşayır

Sportal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2015-ci ilin mart ayı idi. "Qarabağ" Dani Kintananı transfer etmişdi. Lakin Səudiyyə Ərəbistanından gələn ispan futbolçu həmin mövsüm artıq iki klubda çıxış etdiyi üçün (oxu: "Yagelloniya", "Əl-Əhli") "Qarabağ"da oynaya bilməzdi. 

O vaxt Qurban Qurbanovun istəyi ilə Dani yeni mövsümün başlamasına qədər "Qarabağ"ın düşərgəsində olmalı, yalnız məşq etməli idi. Həmin vaxtlar Kintana hamımız üçün sirli qutu idi. Oyunlarda görmürdük, nəyə qadir olduğunu bilmirdik. Amma bir məsələ də var idi ki, Qurban Qurbanov xeyli vaxt oyunlara çıxa bilməyəcək futbolçu ilə müqavilə imzaladırdısa, deməli, söhbət çox istedadlı futbolçudan gedirdi.

Həmin ərəfədə "Qarabağ"ın futbolçularının birindən Kintananı maraqlanmışdım. O vaxtlar "Qarabağ"ın bəzi oyunçuları məşqdən sonra bazanın düz qabağında yerləşən kiçik meydançada altı-altıya futbol oynayırdılar. Kintana da onların sırasındaydı. Deyilənə görə, Dani həmin minifutbol matçlarında klass göstərirdi. Bunu danışan adam iddia edirdi ki, belə texnikaya və performansa malik oyunçu mütləq bizim çempionatda adından söz etdirəcək. Zaman keçdi, həmin fikirlər doğruldu. Kintana ölkəmizə gəlib-getmiş ən yaxşı əcnəbi futbolçulardan biri oldu.

Kintananın həmyerlisi Joni Montiel də "Qarabağ"da oxşar tale yaşayır. Gəldiyindən bəri xeyli vaxt keçsə də, indi-indi oynamağa başlayıb. Zədəsini sağalmaqla məşğul olan ispan futbolçu mövsümün ilk dövrəsini boşa vermiş olub. 

Onu son oyunlarda görməyə başlamışıq. "Zirə" ilə son oyunda 90 dəqiqə meydanda oldu. Montiellə bağlı suala cavab verən Qurban Qurbanov onun hələ tam hazır olmadığını desə də, "Ayaks"la matçın gedişində sonrada meydana daxil olması ehtimalını da vurğuladı. 

Uzun müddət kənarda qalıb. Optimal forma yığması üçün zamana ehtiyacı var. Amma artıq indidən onun barəsində müəyyən fikirlər yürütmək olar. Joni Montielin topla rəftarı sadəcə möhtəşəmdir. Yüksək texnikaya malikdir, elə həmyerlisi Kintananı xatırladır bu mənada. 

Qurban Qurbanov onun daha bir özəlliyini qeyd edib. Montiel universaldır, 3 mövqedə çıxış edəcək bacarıqlara malikdir. "Qarabağ"da belə futbolçuya ehtiyac var. O, "Qarabağ"ın yeni Kintanası ola bilər. 

Emin Abbasov

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri