Qarabağ legioner futbolçusuyla vidalaşır təcrübəli oyunçu yol üstə!
Icma.az, Footbal-plus saytına istinadən bildirir.
"Qarabağ"ın futbolçusu Emmanuel Addai tezliklə klubunu dəyişə bilər.
"Football-plus.az" xəbər verir ki, bu barədə Cənubi Kipr mətbuatı, dəqiq desək, "Super Sport" nəşri məlumat yayıb.
Saytın iddiasına görə, qanalı hücumçu artıq bir çox məsələlərdə Cənubi Kiprin APOEL klubuyla razılaşıb.
Maraq üçün qeyd edək ki, Addai ötən ilin avqustundan "köhlən atlar"ın şərəfini qoruyur. 24 yaşlı hücumçu bu müddət ərzində meydana çıxdığı 42 matçda 4 qol, 2 məhsuldar ötürməylə yadda qalıb.
Futbolçunun "Transfermarkt"dakı bazar dəyəri 1 milyon 200 min avrodu. Bu portal Addainin APOEL-ə keçmə ehtimalını 70 faizlə dəyərləndirir.
KƏNAN BAHADIR

