Icma.az
close
up
RU
Qarabağ Lion oyununun hakimləri açıqlandı

Qarabağ Lion oyununun hakimləri açıqlandı

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Qarabağ" - "Lion" (Fransa) matçı üçün hakim təyinatları açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Referi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri qismində Nikola Boroviç və Başko Bozoviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 28-də, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Lion" matçı saat 21:45-də start götürəcək.

seeBaxış sayı:23
embedMənbə:https://qol.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri