Icma.az
close
up
RU
Qarabağ müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi və ya dini görüşündən asılı olmayaraq birləşmişdi

Qarabağ müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi və ya dini görüşündən asılı olmayaraq birləşmişdi

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2020-ci ildə 44 günlük Vətən müharibəsi müasir beynəlxalq münasibətlər sistemində hərbi münaqişələrin yalnız silahlı toqquşmalarla məhdudlaşmadığını, eyni zamanda informasiya və ictimai rəy müstəvisində də aparıldığını bir daha nümayiş etdirdi. Müharibə dövründə cəbhə xəttində gedən hərbi əməliyyatlarla paralel şəkildə beynəlxalq media məkanında, siyasi diskurslarda və ictimai platformalarda intensiv informasiya mübarizəsi müşahidə olunurdu. Bu şəraitdə dövlətlərin xaricdəki sosial və siyasi dayaqları hesab olunan diaspor strukturlarının rolu xüsusi aktuallıq qazanmışdı.

Müharibə dövründə Azərbaycan diapsorunun aktivliyi necə idi, bu gün Rusiyadakı azərbaycanlılara qarşı olan mövqe və s. bu kimi mövzuda Bizimyol.info xəbər portalının suallarını Beynəlxalq İnsan Hüquqları Müdafiəsi və Əməkdaşlıq Alyansının Baş Direktoru Rəşad Quliyev cavablandırıb:

Rəşad Quliyev

- Rəşad bəy, Azərbaycan diasporunun dünəni, bu günü haqqında fikirlərinizi almaq istərdim…

- Azərbaycan diasporasının formalaşma dövründən danışmağa başlasaq bu haqda böyük bir tarixi keçmişdən danışa bilmərik. Biz daha çox diaspora deyil təşkilatlanmadan, xarici ölkələrdəki fəaliyyətimizdən danışa bilərik. Çünki diaspora daha çox dövlət, suverenlik anlayışı olmayan xalqların səpələndikləri ölkələrdə icma formasında təşkilatlara deyilirdi. Biz müstəqil dövlət olub, xaricdə təşkilatlar qurub ictimai fəaliyyət göstəririk.

Biz bugün xaricdə fəaliyyətimizi iki hissəyə bölə bilərik: Qarabağın azadlığına qədər olan dövr (44 günlük savaşa qədər) və ondan sonrakı dövr. Biz 44 günlük savaşa qədər fəaliyyətimizin əsas hissəsini dünyanın diqqətini işğal faktına, Azərbaycan qarşı baş vermiş soyqrımlara yönəltmək idisə, hazırda Azərbaycan öz ərazilərini tam bərpa etdikdən sonra diqqətlər fərqli istiqamətlərə yönəlib. Hazırda daha çox daha çox soydaşlarımızın yaşadıqları ölkələrdə yerli cəmiyyətlərdə inetqrasiyasına, onların Vətəni ilə əlaqələrinin möhkəmlənməsinə yönəlmişdir. Artıq diasporamız üçün yeni dövr başlamışdır və bu yeni dövr qarşıdakı 50 illik dövrümüzün siyasəti kimi düşünülə bilər.

- Müharibə dövründə diasporumuzun fəaliyyəti necə idi?

- Müharibə dövründə azərbaycanlıların xarici ölkələrdəki fəaliyyətləri yetərincə fəal olub. Bu elə bir hiss və dövrdür ki, o zaman kiməsə “qalxın bunu etmək lazımdır, dövlətimizin siyasətinə dəstək olmaq lazımdır” deməyə ehtiyac yox idi. İnsanlar siyasi fikrindən, millətindən, dini görüşündən asılı olmayaraq təşkilatlanmışdı. Hətta bəzi başqa zamanlarda aktiv olmayan soydaşlarımız da bayraqlarını əllərinə alıb meydanlara çıxırdılar.

- Siz də uzun illər diaspor fəaliyyəti ilə məşğul olmuşunuz...

- Hazırda mənim özüm diaspora fəaliyyəti ilə, daha doğrusu xarici ölkələrdə sırf milli məsələlərlə işğalla bağlı daha əvvəlki fəaliyyəti həyata keçirmirəm. Mən artıq son dövrlər uzun illər ictimai fəaliyyətimi əsas tutaraq , təcrübəmə dayanaraq hüquq müdafiəsi istiqamətində fəaliyyətimi həyata keçirirəm. Bu yaxınlarda biz bir neçə ölkənin vətəndaşları ilə birlikdə Beynəlxalq İnsan Haqlarının Müdafiəsi və Əməkdaşlıq Alyansı təsis etdik. Bundan sonra əsas hədəfim xalqlar arasında sülhə xidmət edən münasibətlərin dəstəklənməsi, ölkəmizdə o cümlədən dünyanın bir çox ölkələrində insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyətlərini həyata keçirməkdir. Dediyim kimi dünya və onun bir parçası olan Azərbaycan artıq fərqli dövrə qədəm qoymuşdur. Bu baxımdan dünyanın və ölkəmizin yeni reallıqlarına görə davranmaq lazımdır.

- Son zamanlar Rusiyada azərbaycanlılara qarşı olan münasibəti necə dəyərləndirərdiniz?

- Rusiya xaricdə yaşayan azərbaycanlıların ən çox yaşadığı daha kompakt yaşadığı və daha çox təşkilatlandıqları ölkələrdəndir. Burada bir neçə Azərbaycan təşkilat sədrinə qarşı aılmış cinayət işlərini izləməkdəyik. Təbii ki, istintaqın obyektiv iş aparacağına inanırıq, istintaq getdiyi üçün bir sıra məsələlərə indidən hər hansı mövqe bildirmək doğru olmaz. Unutmayaq ki, yüz minlərlə soydaşımız Rusiyada illərdir normal yaşayır, işləyir, yaxşı gəlir əldə edirlər və Azərbaycandakı qohumlarına yaxınlarına dəstək olurlar.

Mən son hadisələrin soydaşlarımıza Rusiya hökumətinin total hücumu yaxud yad münasibəti kimi yanaşmıram. Qeyd edim ki, Rusiyada həbs olunanlar əslən Azərbaycandan çıxmış olsalar da onlar Rusiya vətəndaşlarıdır. Bu mənada bu hadisələrə Rusiyada daxilində baş verən hadisə olaraq baxmalıyıq. Düşünürəm ki, bu total milli nifaq və ayrı-seçkilikdən doğan hadisə olmuş olsaydı, təkcə onlara deyi,  digər fəal soydaşlarımıza qarşı da bəzi hallar baş verə bilərdi.

- Bu gün Azərbaycan və Ermənistan arasında olan münasibətlər barədə düşüncəniz nədir?

- Son dövrlər Ermənistanla Azərbaycan arasında davam edən xalq diplomatiyası, sülhə doğru atılan addımları dəstəkləyirəm. Düşünürəm ki, bir insan üçün ən acılı hadisə əzizlərinin ölməsidir. Müharibə varsa əzizlərinin ölümü var, onların itirilməsi təhlükəsi var. Bu təhlükədə yaşamaqdansa, xalqların mehriban qonşuluq siyasəti çərçivəsində yaşaması çox vacibdir. Ancaq bütün hallarda Qərbi Azərbaycandan deportasiya edilmiş, öz evlərindən məcburi çıxarılmış insanların hüquqları gözardı edilməməlidir. Ümid edirəm ki, ölkə rəhbərliyi bu istiqamətdə məsələləri əsas müzakirə predmeti olaraq görəcəkdir.

Son olaraq bu yaxında ölkə başçısı cənab İlham Əliyevin amnistiya təşəbbüsü irəli sürməsini alqışlayıram. Arzum budur ki, amnistiya aktı həbsdə olan bir sıra şəxslərlə yanaşı media nümayəndələrinə, ictimai fəallara o cümlədən, keçmiş millət vəkili, bəstəkar Hüseyin Abdullayevə də şamil olunsun. Onun anası 75 yaşındadır, özünün də səhhətində ciddi problemlər baş qaldırmışdır. Ümid edirəm ki, səlahiyyətli orqanlar bunları nəzərə alacaqlar.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri