Qarabağ qələbə qazandı, Azərbaycanın mövqeyi... UEFA reytinqi
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
UEFA ötən gün Avropa Liqası və Konfrans Liqasında keçirilən oyunlarda qeydə alınan nəticələrə əsasən ölkələrin reytinqini yeniləyib.
Fanat.Az-ın məlumatına görə, Azərbaycan əmsallar cədvəlində xal ehtiyatını artıra bilib.
Buna "Qarabağ"ın ÇL-in 3-cü təsnifat mərhələsinin cavab oyununda Kiyev "Dinamo"sunu evdə inamlı hesabla üstələməsi (2:0) şərait yaradıb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda ölkəmizin hesabına daha 0.250 əmsal əlavə edib.
Nəticədə cari mövsümdə qazanılan əmsal 3.125-ə yüksəlib. Bunun 1.250 əmsalı "Sabah"ın, 1.000-i "Qarabağ"ın, 0.625-i "Zirə"nin, 0.250-si isə "Neftçi"nin payına düşür.
Hazırda ölkəmizin ümumi xal ehtiyatı 21.687-yə bərabərdir. Qitə sıralamasında 26-cı yerdə olan Azərbaycanın mövqeyi dünənki oyunlardan sonra dəyişməyib. Ən yaxın izləyicimiz dəyişib. Bolqarıstanı geridə qoyan və hazırda bizə "bir köynək daha yaxın olan" Slovakiyanın 20.500 əmsalı var. Bir pillə öndə - 25-ci yerdə qərarlaşan Sloveniyanın ümumi qazancı isə 22,718-də qalıb.
55 ölkənin yer aldığı əmsallar cədvəlinə İngiltərə (101.852) başçılıq edir.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 14 Avqust 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















