Qarabağ Şəfa ya qarşı
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Misli Premyer Liqasının 6-cı turunun ilk oyun gününə paytaxtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ikinci qarşılaşması "Tofiq Bəhrəmov"da baş tutacaq.
"Qarabağ" "Şəfa"nı qonaq edir. Heç şübhəsiz ki, oyunun favoriti Ağdam təmsilçisidir. Ancaq uzun müddətdən sonra elitaya dönən "Şəfa" əvvəlki 4 turda sərgilədiyi oyunla azarkeş rəğbəti qazana bilib. Zaur Həşimovun komandası məğlub olduğu oyunlarda belə asan təslim olmayıb.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
I dövrə, VI tur
19:45. "Qarabağ" - "Şəfa"
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 18 Sentyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















