Qarabağ şəhidlərinin xatirəsinə ithaf olunmuş “Atamın kölgəsində” filmi təqdim olundu FOTOLAR + VİDEO Yeni Çağ Media
Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Qarabağ şəhidlərinin əziz xatirəsinə ithaf olunmuş Azərbaycan Televiziyasının “Xüsusi layihələr” studiyası tərəfindən hazırlanan “Atamın kölgəsində” qısametrajlı bədii filminin Nizami Kino Mərkəzində təqdimatı keçirildi.
Təqdimatda sənət adamları, ictimai nümayəndələr, şəhid ailələri iştirak edirdi.
 
Böyük bir heyətin yer aldığı “Atamın kölgəsində” filminin yaradıcı heyəti səhnəyə çıxaraq filmin şəhid ailələrinə və onların övladlarına ithaf olunduğunu qeyd etdi. 44 günlük savaşda canlarından keçən şəhidlərimiz və onların ailələrində yaşanan bu kədərli hadisənin bir hissəsini ekranlara daşımanın məsuliyyətindən danışdılar.
Film, 44-günlük Vətən Müharibəsində atasını itirən bir oğlanın həyatından bəhs edir. Şəhid ailələrində yaşanan ağrılar, acıların bir qismi filmdə öz əksini tapıb.
Filmin layihə rəhbəri Həmid Həsənzadə olan filmin nümayişi böyük rəğbətlə qarşılandı.
 
Qeyd edək ki filmdə baş rolları Zahid Əhmədov, Qurban Əhmədov və Lalə Süleymanova canlandırıb.
Filmin quruluşçu rejissorluğu Fərid Əhmədova, ssenari müəllifi Leyla Qədirzadəyə, quruluşçu operatoru Aqşın Rzayevə, rejissorluğu Orxan Cahangirə, prodüseri Nicat Həsənliyə, İcraçı prodüseri Oruc Pirəliyevə, montajı Mirhüseyn Ağayevə, səs rejissorluğu Murad Bayramova məxsusdur.
Tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan “Atamın kölgəsində” filminə baxmaq istəyənlər linkə keçid edərək baxa bilər:
https://youtu.be/cv8J-NfGmQE?si=ApzCO4ADzO2zjyP8
 
 
 
 
 
www.yenicag.az
 Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:75
Baxış sayı:75 Bu xəbər 08 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 08 Noyabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















