Icma.az
close
up
RU
Parlament komitəsində amnistiya barədə qərar layihəsi müzakirə olundu FOTO

Parlament komitəsində amnistiya barədə qərar layihəsi müzakirə olundu FOTO

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dekabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib.

Redaktor.az-ın məlumatına görə, iclasda komitə sədri Əli Hüseynli bildirib ki, ölkə Prezidenti İlham Əliyev amnistiya elan olunması təşəbbüsünü irəli sürüb. Bugünkü iclasın birinci məsələsi də “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərar layihəsidir. Bu layihə 4 hissədən ibarətdir. Komitə sədri layihənin Amnistiya tətbiq edilən şəxslərin dairəsi, Amnistiyanın tətbiqinə məhdudiyyətlər, Amnistiya aktının hüquqi qüvvəsi və Amnistiyanın tətbiqi qaydaları adlı hissələri barədə məlumat verib.

Bildirilib ki, bugünədək tətbiq edilmiş ən böyük amnistiya aktı olacaq bu sənəd  20 mindən çox şəxsə şamil ediləcək. Humanistlik aktı olan amnistiyaların elan olunmasının əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan həmişə bir dövlət kimi bu sahədə nümunə olub. Komitə sədri bu aktın “Konstitusiya və Suverenlik İli”nin sonunda xalqımıza verilmiş ən böyük töhfələrdən biri olacağına əminliyini ifadə edib.

İclasda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Elşən Musayev, komitə üzvləri Azay Quliyev, Mübariz Qurbanlı, Nurlan Həsənov, Bəhruz Məhərrəmov bu amnistiya aktını ölkəmizdə həyata keçirilən humanist siyasətin ən uğurlu göstəricilərindən  biri kimi xarakterizə ediblər. Deputatlar bu aktın ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk amnistiya aktı kimi mühüm əhəmiyyətindən danışıblar, bu təşəbbüsü irəli sürdüyünə görə seçicilərinin adından Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Sonra iclasda çıxış edən ədliyyə nazirinin müşaviri Seyfəlpaşa Əliyev amnistiya aktı ilə bağlı bir sıra məsələlər barədə məlumat verib.

Daha sonra komitə sədri bildirilib ki, gündəliyin növbəti məsələsi - Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) dövlət qulluğunun hüquqi və sosial təminatına dair bir sıra məsələlərin daha təkmil tənzimlənməsini nəzərdə tutur.

Komitənin gündəliyinin 3-cü məsələsi isə Əmək Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) əmək münasibətlərində çevik və sosial yönümlü tənzimləmələrin tətbiqini, əmək normalarının beynəlxalq əmək normaları nəzərə alınmaqla təkmilləşdirilməsini təklif edir.

Müzakirələrdən sonra gündəlikdəki hər üç məsələ Milli Məclisin plenar iclasına  tövsiyə olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Erkin Qədirli, Əminə Ağazadə, Sabir Hacıyev, Kamran Bayramov və digər rəsmi şəxslər iştirak ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Dekabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see532

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see252

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see241

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see237

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see236

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see227

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see216

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see215

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see214

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see209

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see186

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see178

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see177

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see163

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see157

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri