Qarabağ üçün qürur MATÇI
Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində Azərbaycan çempionu növbəti sınağına çıxır.
Milli.Az xəbər verir ki, "Qarabağ" bu gecə İngiltərədə "Nyukasl"la ilə üz-üzə gələcək. Görüş Nyukasl şəhərində yerləşən "St James' Park" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qarşılaşma İtaliya hakimlər briqadasına həvalə olunub. Matçın baş hakimi tanınmış FİFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək. VAR sisteminə isə Daniele Kiffi rəhbərlik edəcək, onun assistenti almaniyalı Kristian Dinqert olacaq.
Xatırladaq ki, Bakıda keçirilən ilk görüşdə İngiltərə təmsilçisi inamlı qələbə qazanıb - 6:1. Ağdam klubu isə səfərdə qürur matçında çətin tapşırığın öhdəsindən gəlməyə və böyük hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
25 fevral
00:00 - "Nyukasl Yunayted" - "Qarabağ"
Tural
Milli.Az
Baxış sayı:71
Bu xəbər 24 Fevral 2026 09:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















