Icma.az
close
up
RU
Qarabağ Universiteti: müasir təhsil və gələcəyə yönəlmiş inkişaf

Qarabağ Universiteti: müasir təhsil və gələcəyə yönəlmiş inkişaf

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 12 avqust, AZƏRTAC

2024-cü ildə ilk tədris ilinə 6 fakültə, 27 ixtisas proqramı və 1154 tələbə ilə başlayan Qarabağ Universiteti qısa müddətdə inkişaf edərək hazırda 9 fakültədə 49 ixtisas üzrə təhsil imkanları təqdim edir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, universitetdə mühəndislik, biznes və iqtisadiyyat, tibb və sağlamlıq elmləri, riyaziyyat və kompüter elmləri, pedaqogika, təbiət elmləri, humanitar və sosial elmlər, eləcə də incəsənət istiqamətləri üzrə yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilir.

Qarabağ Universitetinin beynəlxalq standartlara cavab verən tədris infrastrukturu tələbələrin hərtərəfli inkişafına xidmət edir. Müasir auditoriyalar, laboratoriyalar, zəngin kitabxana fondu və elmi-tədqiqat məkanları təhsilalanların bilik və bacarıqlarını inkişaf etdirmələri, elmi araşdırmalar aparmaları və innovativ layihələr reallaşdırmaları üçün əlverişli akademik mühit yaradır.

Universitetə qəbul yalnız dövlət sifarişi əsasında aparılır. Tələbələrin keyfiyyətli təhsil alması və müasir kampusun təqdim etdiyi imkanlardan tam istifadə etməsi üçün zəruri şərait yaradılıb. Bütün tələbələr yataqxana ilə təmin olunur, yataqxana və kommunal xidmətlərin xərcləri dövlət tərəfindən qarşılanır.

Qarabağ Universitetinin inkişaf strategiyası çərçivəsində təhsil infrastrukturunun genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Xankəndidə Mühəndislik, Riyaziyyat və kompüter elmləri, Təbiət elmləri, Sosial elmlər və hüquq fakültələri, Şuşada İncəsənət fakültəsi, Xocalıda isə Kənd təsərrüfatı fakültəsi üçün yeni tədris binalarının inşası nəzərdə tutulur. Bu layihələr Qarabağda müasir və dayanıqlı təhsil ekosisteminin formalaşdırılmasına xidmət edəcək.

Universitetin Klinikası ilə inteqrasiya olunmuş Tibb və sağlamlıq fakültəsində təhsil, elmi tədqiqat və praktik tibbi fəaliyyət vahid akademik-kliniki mühitdə həyata keçirilir. Tələbələr burada nəzəri biliklərini real klinik şəraitdə tətbiq etmək və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanı qazanırlar.

Qarabağ Universitetində təhsil yalnız auditoriya dərsləri ilə məhdudlaşmır. Təcrübə proqramları, istehsalat təcrübələri və tətbiqyönümlü təhsil modeli tələbələrin əmək bazarına hazırlığını gücləndirir, tərəfdaş müəssisələrlə əməkdaşlıq isə onların gələcək karyera imkanlarını genişləndirir.

Universitetin əsas məqsədi yalnız peşəkar məzunlar yetişdirmək deyil, eyni zamanda Qarabağın və Azərbaycanın davamlı inkişafına töhfə verəcək bilikli, təşəbbüskar və məsuliyyətli gənc nəslin formalaşdırılmasına töhfə verməkdir.

Sürətlə inkişaf edən Qarabağ Universitetində gələcək illərdə yeni ixtisasların açılması, elmi tədqiqatların genişləndirilməsi və beynəlxalq əməkdaşlıq imkanlarının artırılması nəzərdə tutulur.

Ətraflı məlumatı qu.edu.az saytından əldə etmək mümkündür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2026 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see324

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see305

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see279

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see268

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see264

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see241

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see241

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see238

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see227

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see222

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see216

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see215

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see209

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see200

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see199

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see197

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see196

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see186

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see182

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri