Icma.az
close
up
RU
Qarabağ Universitetinin yaradılmasının 1 illiyi münasibətilə konsert keçirildi FOTO

Qarabağ Universitetinin yaradılmasının 1 illiyi münasibətilə konsert keçirildi FOTO

Icma.az, Bizim media saytına istinadən bildirir.

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasının 1 illiyi münasibətilə İncəsənət fakültəsi tərəfindən konsert və sərgi proqramı təşkil edilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbir İncəsənət fakültəsinin xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Tədbirdə Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, nazirin müavini İdris İsayev, Nazirliyin rəsmi şəxsləri və Xankəndi şəhər ictimaiyyətinin rəsmiləri iştirak ediblər.


Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və universitetin bir illik fəaliyyətinə dair xüsusi məqamları qeyd edib. Rektor bu müddət ərzində əldə edilən nailiyyətlərdən bəhs edərək Qarabağ Universitetinin yalnız regionda deyil, ümumilikdə ölkənin təhsil sistemində önəmli rol oynadığını bildirib. Ş.Bayramov universitetin yaradılmasının Qarabağ bölgəsinin sosial-iqtisadi, xüsusən də təhsil və mədəniyyət sahəsinin inkişafına mühüm töhfələr verəcəyini vurğulayıb.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini və universitetin təhsil, elm və innovasiya sahələrindəki fəaliyyətlərinin ölkə üçün əhəmiyyətli olduğunu bildirib.
Nazir qeyd edib ki, universitetin tədris prosesi beynəlxalq səviyyədə tanınan standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur. E.Əmrullayev Qarabağ Universitetinin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdırıb.
Konsertdə “Cadenza” Orkestrinin, İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərən tanınmış incəsənət xadimlərinin və tələbələrin ifasında milli mahnılarımız və görkəmli bəstəkarların əsərləri səsləndirilib.
Konsertdən sonra İncəsənət fakültəsinin sərgi zalında dekorativ-tətbiqi sənət və dizayn ixtisaslarının müəllimlərinin əsərləri nümayiş etdirilib.
Qeyd edək ki, Qarabağ Universiteti 28 noyabr 2023-cü il tarixində Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb.


Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Noyabr 2024 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri