Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dayanıqlı sosial iqtisadi inkişafı təmin edir ŞƏRH

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dayanıqlı sosial iqtisadi inkişafı təmin edir ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Ölkəmizin sosial-iqtisadi inkişafını müəyyən edən beş Milli Prioritetdən biri olan işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin rayonlarda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Müasir infrastrukturun qurulması, yeni yaşayış məntəqələrinin inşası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və rahat qayıdışının təmin edilməsi istiqamətində tədbirlər yüksək sürətlə davam etdirilir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində keçirilən və Qərargahın 5 illik fəaliyyətinə həsr olunan iclasda səsləndirilən fikirlər də bunu bir daha sübut edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Sahəvi proqramların monitorinqi sektorunun baş məsləhətçisi Yusif Məmmədov AZƏRTAC-a şərhində bildirib ki, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan genişmiqyaslı infrastruktur layihələri ölkədaxili yol şəbəkəsinin modernləşdirilməsi, nəqliyyat əlaqələrinin şaxələndirilməsi və ölkəmizin regional tranzit mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bu layihələr həm iqtisadi fəallığın sürətli bərpasını və investisiya axınının genişlənməsini təmin edir, həm də ərazilərin mərhələli şəkildə məskunlaşdırılması üçün dayanıqlı sosial-iqtisadi baza formalaşdırır. O bildirib ki, Zəngəzur dəhlizində aparılan işlər isə ölkənin nəqliyyat-logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək, tranzit potensialını daha da gücləndirəcək, Azərbaycanın regional və qlobal əməkdaşlıq perspektivlərini yeni mərhələyə yüksəldəcək.

Yusif Məmmədovun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə sənaye parklarının sürətli inkişafı bölgənin iqtisadi canlanmasını və rəqabətqabiliyyətli inkişafını gücləndirərək yüz milyonlarla manatlıq investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına və istehsalın həm daxili tələbat, həm də ixrac imkanları üzrə əhəmiyyətli genişlənməsinə şərait yaradacaq.

“Bundan əlavə, kommunal infrastrukturun bərpası üzrə həyata keçirilən genişmiqyaslı layihələr bölgənin sosial-iqtisadi inkişafını sürətləndirir və əhalinin rahat yaşayışı üçün zəruri şəraiti təmin edir. Eyni zamanda, azad edilmiş rayonlarda sosial infrastruktur obyektlərinin istifadəyə verilməsi məskunlaşmanın sürətlənməsinə, əhalinin rifahının yüksəlməsinə və bölgədə uzunmüddətli yaşayışın təmin edilməsinə mühüm töhfə verir.

Azad edilmiş rayonların münbit torpaq və əlverişli iqlim şəraiti ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı üçün geniş imkanlar yaradır və bu potensialdan səmərəli istifadə olunması istiqamətində əhəmiyyətli işlər həyata keçirilir. Regionda müasir suvarma sistemlərinin qurulması, heyvandarlıq komplekslərinin yaradılması və intensiv bağçılıq təsərrüfatlarının inkişafı Qarabağ və Şərqi Zəngəzurun təbii iqlim potensialından səmərəli istifadənin təmin olunmasına xidmət edir. Bütün bunlar kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, resursların rasional idarə olunması və rəqabətqabiliyyətli, yüksək əlavə dəyər yaradan istehsalın formalaşması baxımından regionun sürətli inkişafının bariz göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində mühüm addımlar atılır, investorlar üçün əlverişli biznes mühiti formalaşdırılır və yerli istehsal sahələrinin bərpasına dəstək göstərilir. Məşğulluğun artırılması məqsədilə yeni istehsal və xidmət müəssisələrinin yaradılması bölgədə iqtisadi canlanmanı və əhalinin iş imkanlarını genişləndirir.

Bütün bu görülən işlər bərpa və inkişaf prosesinin real nəticələrini ortaya qoymaqla yanaşı, dövlətimizin başçısının azad olunmuş ərazilərin dirçəldilməsinə yönəlmiş siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini, eləcə də bu sahəyə xüsusi diqqətin olduğunu nümayiş etdirir. Uğurla reallaşdırılan dövlət proqramları və layihələrin nəticəsi olaraq, bu gün işğaldan azad edilmiş ərazilərdə dövlət və özəl sektorda çalışanlar, eləcə də təhsil alanlar daxil olmaqla 62 mindən artıq insanın yaşayışı və fəaliyyəti təmin olunub”,- deyə Y.Məmmədov qeyd edib.

İİTKM-in eksperti əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına inteqrasiyasını sürətləndirir, regionun müasir inkişaf modelinə uyğun şəkildə formalaşmasına şərait yaradır və Azərbaycanın dayanıqlı sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfə verir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see176

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see172

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see143

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see130

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri