Azərbaycanda təhsil mərkəzinin vəzifəli şəxslərinin cinayət işinə xitam verildi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın cinayət işi üzrə məhkəməsi yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkmiş tərəf məhkəməyə dəymiş zərərin ödənildiyi və təqsirləndirilənlərlə barışıq əldə olunmaları barədə verdiyi məlumat elan edilib.
Daha sonra hökm elan edilərək Mətləb Hüseynov və Aynaxanım Babayevanın təqsirləndirildikləri cinayət işinə xitam verilib.
Qeyd edək ki, onlar barədə cinayət işini Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi aparıb.
İttihama görə, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pullar köçürüb, sonradan həmin 175 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.
Cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.
Elgün Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 08 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















