Süleyman Vəzirov küçəsinin bir hissəsində aparılan yenidənqurma işləri tamamlanıb
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Uzunluğu 1100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.
Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb.
Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb.
Aidiyyəti üzrə “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun olaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib.
Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirov küçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















