Icma.az
close
up
RU
5 ilin “Mercedes”i yanıb kül oldu, sahibi şikayətçidir Fotolar+Video

5 ilin “Mercedes”i yanıb kül oldu, sahibi şikayətçidir Fotolar+Video

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Ötən ilin 12 iyul tarixində Tovuz rayonunun Kirən kəndində avtomobili yanaraq tamamilə yararsız hala düşən Ehtibar Qasımov “Mercedes” şirkətinin Bakı mərkəzindən şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, həmin gün saat 12 radələrində ailə üzvləri ilə Tovuz şəhərindən Kirən kəndində yerləşən istirahət mərkəzinə yola düşüb.

Hadisə də yolda gözlənilməz bir vaxtda baş verib: “2022-ci ildə Almaniyadan sifarişlə gətizdirdiyim 2020-ci il istehsallı “Mercedes E220” markalı avtomobili şirkətin Bakıdakı mərkəzində qeydiyyata saldırmışdım. Həmin vaxtdan 77-CC-067 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxımı da yalnız orada göstəriblər, yağdəyişmə və sair hamısı orada edilib. Hadisə baş verən gün isə asfalt yoldan dönüb istirahət mərkəzinə doğru gedərkən kənardan uşaqların səslədiyini gördüm. Dərhal maşından düşdük və onun yandığını gördük. Xoşbəxtlikdən bizə heç nə olmasa da, avtomobil tamamilə yanıb yararsız hala düşdü”.

E.Qasımov hadisədən sonra 2018-2022-ci illərdə istehsal edilmiş dizel mühərrikli “Mercedes E220” markalı avtomobillərdə zavoddan qaynaqlanan texniki nasazlıqlar olduğunu öyrənib: “Biz öyrəndik ki, bir sıra ölkələrdə bu avtomobillərdə zavod mənşəli nasazlıqlar aşkar edilib və avtomobillər geri çağırılaraq yaranmış problemlər aradan qaldırılıb. Lakin “Mercedes”in Bakı Mərkəzindən bu barədə bizə bildirməyiblər, məsələyə məsuliyyətsiz yanaşıblar. Maşın zavod tərəfindən geri çağırılmalı olan maşınlar siyahısında olduğu halda 2022-ci ildə ölkəyə gətiriləndən sonra servisdə baxış zamanı yerli servis bu barədə müştərini məlumatlandırmayıb.

Halbuki istifadəmdə olan avtomobil orada baxımdan keçirilirdi və zavod mənşəli problem də orada aradan qaldırılmalı idi. Biz yanğın hadisəsindən sonra Bakı mərkəzinə bu barədə müraciət etsək də, onlar yaranmış problemi öz üzərlərinə götürmədi. Lakin oktyabr ayında məni çağıraraq şirkətin baş ofisi ilə əlaqələndirəcəklərini və məsələnin həll edilməsinə dəstək göstəriləcəyini bildirdilər. Lakin 2 aydan artıq vaxt keçsə də, hələ də bir irəliləyiş yoxdur”.

Şikayətçi əlavə edib ki, hadisə avtomobilin hərəkətdə olması zamanı baş verdiyindən Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsi toplanmış materialları Tovuz Rayon Polis Şöbəsinə göndərib. Polisin apardığı araşdırmalar nəticəsində fakt üzrə cinayət tərkibinin olmadığı müəyyən edilərək cinayət işinin başlanması rədd edilib.

Mövzu ilə bağlı “Mercedes”in Bakı Mərkəzi olan “Avtokapital-Azərbaycan” MMC-yə sorğu ünvanladıq. Şirkətdən bildirildi ki, baş vermiş hadisə ilə bağlı onlar məsuliyyət daşımır: “Tovuz rayonu ərazisində, şəhərdən təxminən 18 km məsafədə baş vermiş hadisədən sonra avtomobilin sahibi (VIN: W1K2130041A862644) “Avtokapital-Azərbaycan” MMC-yə müraciət edib və hüquq-mühafizə orqanları tərəfindən verilmiş rəsmi sənədi təqdim edib. Sözügedən sənəd ingilis dilinə tərcümə edilərək notarial qaydada təsdiqlənib və baxılması üçün qəbul olunub.

Müraciətdən dərhal sonra “Avtokapital-Azərbaycan” MMC-nin əməkdaşları hadisə ilə bağlı daxili araşdırma proseduruna başlayıb və məsələ üzrə Mercedes-Benz AG zavodunun texniki dəstək xidmətinə rəsmi sorğu göndərib. Araşdırma çərçivəsində avtomobilin Azərbaycanda rəsmi servis mərkəzlərində keçdiyi texniki baxımlara dair mövcud sənədlər də daxil olmaqla tam sənəd paketi hazırlanaraq zavoda təqdim edilib.

Mövcud məlumatlara əsasən, avtomobilin rəsmi servis mərkəzinə son müraciəti 03.08.2023-cü il tarixində qeydə alınıb, bundan sonra isə istehsalçı tərəfindən nəzərdə tutulmuş iki planlı texniki qulluq keçirilməyib. Avtomobil sahibinin bildirdiyinə görə, sonrakı dövrdə texniki xidmətlər qeyri-rəsmi servis mərkəzlərində həyata keçirilib, yağ və filtr kimi ehtiyat hissələri isə ayrıca qaydada alınıb. Bu isə avtomobilin rəsmi servis şəbəkəsi çərçivəsində texniki qulluq tarixçəsinin tam və fasiləsiz olmadığını göstərir.

Açıqlamada qeyd edilib ki, istehsalçı zavodun texniki dəstək xidmətinin mütəxəssislərinin rəyinə əsasən, yanğın nəticəsində avtomobilə dəyən zərərin həcmi kritik səviyyədədir: “Bu səbəbdən, yanğının dəqiq səbəbinin müəyyən edilməsi məqsədilə texniki ekspertizanın aparılması obyektiv və praktik əhəmiyyətli nəticə verməyə bilər. Hazırkı mərhələdə hadisə ilə zavod istehsalı zamanı yaranmış hər hansı texniki qüsur arasında birbaşa əlaqə müəyyən edilməyib. Eyni zamanda nəzərə alınmalıdır ki, avtomobil beşinci istismar ilindədir, 150 000 km-dən artıq yürüşə malikdir, “qeyri-rəsmi idxal” kateqoriyasına aiddir və rəsmi texniki qulluq tarixçəsi natamamdır.

Bundan əlavə, avtomobil sahibi tərəfindən yanğının səbəbini və ya zavod qüsurunu təsdiq edən heç bir müstəqil ekspert rəyi təqdim edilməyib.

Hazırda sözügedən hadisə Mercedes-Benz AG-nin Hüquqi Məsuliyyət üzrə Məhsul Departamentinin (Product Liability Team) nəzarətindədir. “Avtokapital-Azərbaycan” MMC avtomobil sahibi ilə daimi əlaqədədir, istehsalçının bütün daxili qaydalarına və tələblərinə tam riayət edir və həm müştəri, həm də aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa açıq olduğunu bildirir”.

Aslan Vəliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Yanvar 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri