Icma.az
close
up
RU
Qarabağ Zəfərinin Laçın finalı

Qarabağ Zəfərinin Laçın finalı

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Laçının azad edilməsindən 5 il keçir

30 ilədək yağı tapdağında inləyən Laçın rayonu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, dekabrın 1-də Azərbaycana qaytarılıb. Bu proses döyüşsüz baş versə də, həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Zəfər yürüşündə hərbçilərimiz işğala məruz qalmış digər bölgələrimiz kimi, Laçının da uğrunda mətanətlə vuruşmuş, canları və qanları bahasına bu torpaqların əzəli-əbədi sahibləri olduqlarını göstərmişdilər. Sadəcə, küncə sıxışdırılan düşmən daha artıq itkilər verməsin deyə, Laçının, Ağdamın və Kəlbəcərin döyüşsüz təhvil verilməsini rəsmiləşdirən kapitulyasiya aktına qol çəkməli olub.

Prezident İlham Əliyev o zaman xalqa müraciətində həmin hərbi-diplomatik uğuru layiqincə dəyərləndirmişdi: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Ermənistan silahlı qüvvələri Laçını 1992-ci il mayın 18-də ələ keçirmişdilər. İşğal dövründə rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən çox hərbi və mülki şəxs həlak olmuş və ya itkin düşmüşdü. İşğalçılar burada 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsini, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisəni, 5 musiqi məktəbini və digər infrastruktur obyektlərini talayaraq məhv edib, təbiətə divan tutmuşdular. Həmçinin 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə uğramışdı. Buna baxmayaraq, torpaqlarımızda qeyri-qanuni yaşayan ermənilər bizim ordumuzun humanizmi sayəsində Ağdam və Kəlbəcərdə olduğu kimi, Laçından da təhlükəsiz şəkildə, atəşə məruz qalmadan, rahatlıqla bütün əşyalarını götürərək çıxıb getdilər.

İftixarla xatırlayırıq ki, Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində, digər ərazilərimiz kimi, Laçının Gü ləbird, Səfiyan və Tü rklər kəndlərini də işğaldan azad etmişdilər, yəni Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə igid oğullarımız Laçının alınmasının möhkəm təməlini qoymuşdular. Hərbi əməliyyatlar dayanan vaxtdan sonra müəyyən edilmiş 5 kilometrlik Laçın dəhlizinin biryolluq bağlanması, rayon mərkəzinin, Zabux və Sus kəndlərinin də Azərbaycanın nəzarətinə qaytarılması, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə suverenliyimizin tam bərpa olunması böyük hərbi və diplomatik qələbəmizdir. Artıq bir müddətdir ki, Laçında da “Böyük Qayıdış” hərtərəfli reallaşmaqdadır.

İnişil payızda həmkarlarım Tahir Aydınoğlu, Səbuhi Məmmədov və Əbülfəz Babazadə ilə Laçına 2 günlük səfərimiz bütün detalları ilə yadımdadır. Payız gözəlliyinə bürünmüş dağlar diyarında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Şəhərin tarixən mövcud olmuş məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilir. Böyük Zəfərin yaratdığı güclü enerji Laçında quruculuq müstəvisinə bacarıqla proyeksiya olunur. Şəhərdə xəstəxana, Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri – çoxşaxəli infrastruktur yaradılır.

Artıq şəhərlə bərabər, bir neçə kənd də məskunlaşıb. Doğma sakinlərinin nəfəsi ilə qızınan evlərdə, idarələrdə, məktəbdə olarkən söhbət etdiyimiz hər kəsin gözündən təbii bir sevinc və qürur boylanırdı. Rayon sakini Gündüz Təhməzov və anası İpək xanım, həyətyanı təsərrüfatını qaydaya salan Natiq Abbasov və qonşusu – ağsaqqal Zülfüqar Babayev 31 illik ayrılığın sonundakı vüsaldan xoşbəxt olduqlarını məmnunluqla dilə gətirdilər. Dövlətin qayğısı ilə bura qayıdıb gözəl evlərlə təmin olunmalarının sevincini bölüşdülər. “Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə və rəşadətli Silahlı Qüvvələrimizə, bu yerlərin hazırkı bərpaçı və qurucularına hədsiz minnətdarıq. Bizə bu sevinci yaşadan şəhidlərimizə, qazilərimizə borcluyuq” – dedilər.

Əvvəllər Laçının işğalı günü mükəddər şəkildə qeyd olunurdu. İndi 26 avqust – Şəhər Günü, 8 noyabr – Zəfər Günü və1 dekabr – azadlığına qovuşma günləri sonsuz təmtəraqla keçirilir. Axşam səmasına açılan yaylım atəşləri şəhəri və ətrafını ağappaq nura boyayır, uca zirvədə dalğalanan üçrəngli Azərbaycan bayrağı həzincə gülümsəyir.

Laçının azad edilməsi həm Vətən müharibəsinin nəticələrindən biri, həm də dövlətimizin siyasi və hərbi gücünün bariz göstəricisi idi. Bu gözəl diyar tarixi boyunca strateji mövqeyinə görə Qarabağ ilə Azərbaycanın digər bölgələri arasında körpü rolu oynayıb. Məhz buna görə 1992-ci ildə Laçının işğalı həm hərbi, həm də mənəvi baxımdan böyük itki kimi dəyərləndirilirdi. Didərgin düşmüş sakinləri isə haqqın qalib gələcəyinə inanır, doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirdilər.

YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasovun dedikləri:

– Bu gün həmin tarixi hadisədən 5 il keçir, lakin o günün sevinci, xalqın yaşadığı qürur və göz yaşları hələ də yaddaşlardan silinmir, çünki Laçının azad edilməsi millətin birliyi və qələbə əzminin ən böyük simvoluna çevrildi. Laçının azad edilməsindən sonra bölgədə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi.

Dağıdılmış infrastruktur yenidən quruldu, tamamilə yeni elektrik, qaz, su və rabitə xətləri çəkildi, yollar, tunellər, körpülər inşa edildi, Laçın şəhəri müasir şəhərsalma prinsipləri ilə yenidən tikildi. Dövlət tərəfindən kəndlərin bərpası sürətləndirildi, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri yenidən istifadəyə verildi.

Ötən 5 il ərzində Laçın sıfırdan dirçəldildi. Bu dövrdə ən sevindirici məqamlardan biri isə laçınlıların öz yurd-yuvalarına geri dönməsi oldu. İllərlə həsrət qalan insanlar dövlətin yaratdığı yeni məhəllələrə, smart kəndlərə köçürülərək öz doğma yurdlarında yenidən həyat qurmağa başladılar. Bu qayıdış Laçının ruhunu yenidən oyatdı və bölgədə həyat canlandı. Bizə bu tükənməz sevinci yaşadanlar var olsunlar!

Sonda əlavə edək ki, dekabrın 1-i, qış ayının ilk günü Laçında könüllərə, çöhrələrə yaz hərarəti yayan bir gündür. Laçının azad edilməsinin 5-ci ildönümü xalqımız üçün qürur, qələbə və birlik günüdür. Bu gün biz təkcə tarixi qələbəni yada salmırıq, həm də 5 il ərzində görülən böyük işləri, dirçələn həyatın hər addımını, dədə-baba yurdlarına qayıdan insanların sevincinə qatılırıq. Bu gün Laçın həm də mədəni baxımdan yeni mərhələyə qədəm qoyub və MDB tərəfindən Mədəniyyət Paytaxtı elan edilməsi onun təkcə Azərbaycanın deyil, regionun mədəni, tarixi və mənəvi mərkəzlərindən birinə çevrildiyini təsdiqləyir.

Laçının azadlığı Azərbaycanın yenilməzliyinin, dövlətimizin iradəsinin və xalqımızın sarsılmaz birliyinin ən parlaq rəmzlərindən biri olaraq tarixdə əbədi qalacaq.

Əli NƏCƏFXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 Dekabr 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see344

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see344

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see279

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see274

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see232

Atabank ın dövlətə 200 min borcu qalıb İDDİALAR ONU DEYİR Kİ...

25 Avqust 2026 00:15see224

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see220

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see207

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see203

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see190

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see190

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see187

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see182

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see179

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see176

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see174

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see169

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see169

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see167

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri